Anbar üzrə məsul şəxs
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Sika LLC Anbar üzrə məsul şəxs vəzifəsi üzrə vakansiya elan edir.

Şirkət barədə məlumat:

SIKA (Azərbaycan) dünyada 100-dən çox ölkədə 300-dən artıq fabriklə fəaliyyət göstərən tikinti kimyəvileri sektorunda aparıcı mövqeyə malik İsveçrənin “SIKA AG” şirkətlər qrupuna aid beynəlxalq şirkətdir. Azərbaycanda 2005-ci ildə əsası qoyulan SIKA Azərbaycan 2016-cı ildən bəri Sumqayıt Kimya Sənaye Parkının rezidentidir.

Vəzifə öhdəlikləri:

  • Mühasibatlıq tərəfindən sistemə daxil edilmiş malların sifarişə uyğun göndərilməsi; mal-materialların göndərilməsi zamanı sürücülərin koordinasiya edilməsinin effektiv təşkili;
  • Malların anbar ərazisində optimal saxlanılmasının rəhbərlik etmək, anbar ərazisindən düzgün istifadə etməklə və malların qəbulu və göndərilməsini asanlaşdırmaqla anbar işinin idarəsini təşkil etmək;
  • Məhsulların istifadə müddətinin keçməməsinə nəzarət etmək və elektron sistemdə müvafiq qeydiyyat aparmaq;
  • Anbarda olan mal və materialların elektron sistemə uyğun olaraq tərtib və düzənini təmin etmək;
  • Mal müşayiət edici sənədlərin toplanması, saxlanması və vaxtlı-vaxtında tədarükçülərə qaytarılmasına rəhbərlik etmək;
  • Anbarda ardıcıllığa uyğun (FİFO qaydalarına uyğun) malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə etmək;
  • Anbarda olan malların növlərinə görə standarta uyğun yerləşdirilməsini təşkil etmək
  • Anbarda olan bütün mal və materialların anbar izləmə sistemi və Bar Kod sisteminə uyğun saxlanılmasını təmin etmək;
  • Müəyyən olunmuş hesabatların, anbar əməliyyatları uçotunun elektron qaydada və sənəd üzərində aparılmasına nəzarət etmək;
  • Anbar işinin effektivliyinin artırılması, mal-matrialların saxlanma xərclərinin və daşıma xərclərinin azaldılması, anbar işinin təşkilində müasir hesablama texnikası vasitələrinin tətbiqi üzrə tədbirlərin hazırlanması və həyata keçirilməsinə rəhbərlik etmək;
  • Anbarda olan mal-materialın təhlükəsizliyinə cavabdeh olmaq.

Tələblər:

  • Ali və ya tam orta təhsil, inzibati-təsərrüfat işlərində, anbar sahəsində təcrübəsi olan
  • Müvafiq vəzifələrdə 3 ildən az olmayaraq əmək stajı;
  • Kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə);
  • Ms Office proqramlarında (Word, Excel) yüksək səviyyədə (SAP proqramı üzrə işləmək bacarığının olması arzuolunandır) işləmək bacarığının olması;
  • Azərbaycan və ingilis dillərini bilməlidir. (Rus dili biliyi arzuolunandır).

Əmək Haqqı: Namizədin bilik və bacarıqlarına uyğun müəyyən olunacaqdır.

Əmək şəraiti:

  • İş saatları AR Əmək Məcəlləsinə uyğun olaraq müəyyən olunur.
  • AR Əmək Məcəlləsinə uyğun olaraq Əmək müqaviləsi
  • Nahar şirkət tərəfindən qarşılanır.
  • Könüllü Tibbi Sığorta şirkət tərəfindən təmin olunur.

Ünvan: Sumqayıt şəhəri, Sumqayıt Kimya Sənaye Parkı.

Maraqlı şəxslər CV-lərini “Anbar üzrə məsul şəxs” başlığı ilə info@az.sika.com ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

1200 — 1500 ₼
Baş Anbardar

Azprotein Foods Group Baş Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Təchizat üzrə mütəxəssis

Tender kateqoriyalarına görə təchizatçı şirkətlərin müəyyən edilməsi; Kateqoriyalara görə şirkətlərə tender dəvətləri göndərmək, tələb edilən ...

Company

22.04.2024 - Bakı

600₼
Anbardar

Sabah Group MMC Anbardar vəzifəsi üzrə vakaniya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Xarici Satınalma üzrə Mütəxəssis

ZH-GROUP MMC Xarici Satınalma üzrə Mütəxəssis vakansiyasıni elan edir ...

ZH-GROUP MMC

18.04.2024 - Bakı