Anbar Təsərrüfatı Şöbəsinin Rəhbəri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ram Holding Anbar Təsərrüfatı Şöbəsinin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir.

Namizədə olan tələblər:

  • Biznesin idarə olunması və ya texniki sahədə ali təhsil;
  • Müvafiq sahədə 3 – 5 il təcrübə;
  • Maddi vəsaitlərin hərəkəti və uçotunun təşkili üzrə təcrübi biliklərə malik olmaq;
  • 1C, Logo və ya digər proqramlarda işləmə təcrübəsi;
  • 1C və Excel kimi proqramlarda məlumat bazası ilə işləmək təcrübəsi;
  • Ofis proqramları işləmək təcrübəsi;
  • Yüksək səviyyədə Azərbaycan dili, yazılı formatda rus və ingilis dillərində mal-material kataloqları və terminologiyanı ilə işləmək bacarığı;
  • Təşkilati idarəetmə, planlama, və təşkiletmə bacarığı;
  • Komanda qurma, komandanın idarə edilməsi və yeni proseslərin tətbiq edilməsi bacarığı;
  • Müxətlif analitik və təhlil xarakterli hesabatlar hazırlama bacarığı;
  • Təqdimat hazırlama və təqdimetmə bacarığı.

Vəzifə öhdəlikləri:

  • Holdinqə daxil olan şirkətlərdə maddi vəsaitlərin (əsas vəsaitlərin və mal-material ehtiyatlarının) idarə olunması üzrə proseslərin ən yaxşı təcrübələr əsasında qurulması, tətbiqi və inkişaf etdirilməsini təmin etmək;
  • Şirkətlərdə əsas vəsait və anbarların idarə olunması üzrə strukturların formalaşdırılması və inkişaf etdirilməsi, həmçinin həmin strukturlara funksional və metodoloji rəhbərlik etmək və strukturlarda müvafiq prosedur və proseslərin tətbiqini təmin etmək;
  • Funksiyadaxili inventarizasiyanın mütəmadi olaraq həyata keçirilməsini təmin etmək;
  • Müvafiq anbarların və saxlanc yerlərinin fiziki vəziyyətinin, həmçinin anbarlama şəraitinin standartlara uyğun olmasını təmin etmək və bununla əlaqədar müvafiq düzəldici, inkişaf etdirici və önləyici təklif, hesablama və təqdimatların rəhbərliyə zamanında təqdim edilməsini təmin etmək;
  • Mütəmadi olaraq rəhbərlik etdiyi funksiyanın (şirkətlərdəki müvafiq strukturlar da daxil olmaqla) və öz fəaliyyətinə dair rəhbərliyə Performans Hesabatları təqdim etmək.

İş şərtlərimiz:

  • Əmək haqqı: 2500 – 3000 AZN;
  • İş qrafiki: 6 günlük;
  • İş yeri: Binəqədi rayonu, Mədən küçəsi 4, “Neptun” marketlə üzbəüz.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Anbar Təsərrüfatı Şöbəsinin Rəhbəri” yazaraq göndərmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

1200 — 1500 ₼
Baş Anbardar

Azprotein Foods Group Baş Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Təchizat üzrə mütəxəssis

Tender kateqoriyalarına görə təchizatçı şirkətlərin müəyyən edilməsi; Kateqoriyalara görə şirkətlərə tender dəvətləri göndərmək, tələb edilən ...

Company

22.04.2024 - Bakı

600₼
Anbardar

Sabah Group MMC Anbardar vəzifəsi üzrə vakaniya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Xarici Satınalma üzrə Mütəxəssis

ZH-GROUP MMC Xarici Satınalma üzrə Mütəxəssis vakansiyasıni elan edir ...

ZH-GROUP MMC

18.04.2024 - Bakı