Anbar müdiri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

AZDIZAYN GROUP MMC Anbar müdiri vəzifəsi üzrə vakansiya elan edir.

Haqqımızda

“AZDIZAYN GROUP” MMC bir idxalçı və topdan satıcı şirkəti olaraq Azərbaycanda 2019-cu ildən etibarən fəaliyyətə başlamışdır. Şirkətimiz keyfiyyətli məhsulları ilə qısa müddət ərzində ölkə bazarlarında öz mövqeyini tutmuş, müştərilərinin güvənc yerinə çevrilmişdir. Biz bu gün, ötən illərdə olduğu kimi müştərilərimizə böyük zövq və yüksək dəqiqliklə peşəkar xidmət göstərməyə davam edirik.

Şirkətimizin əsas istiqamətləri yaşayış və ictimai obyektlər üçün dünyada tanınmış istehsalçıların təmir və üzlük materiallarının, yəni kafel-metlax və keramika məhsullarının, tikinti kimyəvilərinin, hovuz məhsullarının, təbii və travertin daşlarının, hamam mebelləri və aksesuarlarının topdan və pərakəndə satışından ibarətdir. Hədəfimiz alıcıların bizi axtara biləcəyi bütün ünvanlarda onlara yüksək səviyyədə xidmət göstərə bilməkdir. Şirkətimiz “evinizdəki gözəlliyi bizimlə kəşf edin!” sloqanı ilə ən xırda detalların və məhsullarımızla olan böyük sehrli toxunuşların həm evinizə fərqli görünüş qata biləcəyinizi, həm də evinizin öz gözəlliyini bizimlə kəşf edə biləcəyinizi vurğulayır.

Namizədə olan tələblər:

  • Ali təhsil;
  • Satış sahəsində minimum 3 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili səlis, (Rus dili üstünlükdür)
  • Kompüter bilikləri (MS Office, Micro);
  • İdarəetmə bacarığı;
  • Fiziki aktiv,
  • Məsuliyyətlilik,
  • Səliqəlilik,
  • Hesablama qabiliyyəti,
  • Planlama bacarığı
  • Komandayla iş

İş haqqında məlumat:

  • Operator tərəfindən verilmiş qaimə əsasında sifariş olunan malların yüklənmə prosesinə nəzarət edilməsi
  • Malların maşına yüklənən zaman nəzarət edilməsi
  • Malları qəbul etdikdən sonra, təchizat şöbəsinə müvafiq sənədləşmə əsasında təhvil verilməsi
  • Mal yükləndikdən sonra yoxlanılması və sürücüyə sənədlə təhvil verilməsi
  • Anbara gələn malların sənəd əsasında yoxlanılması və qəbul edilməsi
  • Paletlə olan malların boşaldılması üçün avtokar çağırılması və prosesə nəzarət edilməsi
  • Anbar daxilində malların düzgün yığılmasına nəzarət edilməsi
  • Müştəridən geri qayıdan malların təkrar sayılması,yoxlanılması və problem olmadığı halda yenidən anbara daxil edilməsi(Operatora məlumat verilir)
  • Anbar təmizliyinin həyata keçirilməsinə nəzarət edilməsi
  • Anbardar köməkçisi, fəhlələr və avtokar sürücüsünün işinə nəzarət edilməsi
  • Stoka nəzarət edilməsi, stokda hər hansı məhsul azaldığı zaman aidiyyəti şöbəyə məlumat verilməsi
  • Anbar sayımının maliyyə mütəxəssisinin iştirakı ilə həyata keçirilməsi
  • Anbarın hər hansı bölmələrinin müəyyən müddətdən bir sayılması prosesinin təşkil edilməsi

İş şəraiti:

  • 6 günlük iş həftəsi ;
  • Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Korporativ nömrə;
  • Əmək haqqı – 1000 manat

Vakansiyaya müraciət üçün CV-ləri “Anbar müdiri” başlığı ilə hr@az-dizayn.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

1200 — 1500 ₼
Baş Anbardar

Azprotein Foods Group Baş Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Təchizat üzrə mütəxəssis

Tender kateqoriyalarına görə təchizatçı şirkətlərin müəyyən edilməsi; Kateqoriyalara görə şirkətlərə tender dəvətləri göndərmək, tələb edilən ...

Company

22.04.2024 - Bakı

600₼
Anbardar

Sabah Group MMC Anbardar vəzifəsi üzrə vakaniya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Xarici Satınalma üzrə Mütəxəssis

ZH-GROUP MMC Xarici Satınalma üzrə Mütəxəssis vakansiyasıni elan edir ...

ZH-GROUP MMC

18.04.2024 - Bakı