Qısa məzmun
Karaca Anbar fəhləsi üzrə vakansiya elan edir. Məsuliyyətli və bacarıqlı olmalıdır.
İş barədə məlumat:
- Anbara daxil olan malların qəbulu
- Yükləri anbara qəbul edərkən, yüklərin faktiki miqdarını təyin etmək
- Anbarda olan malların növlərinə görə standarta uyğun yığılmasını təşkil etmək
- Anbarda olan mal-materialın təhlükəsizliyindən cavabdeh olmaq
- Şirkət daxili nizam-intizam qaydalarına əməl etmək;
Namizədə tələblər:
- Aidiyyatı sahə üzrə iş təcrübəsi
- Müştərilərlə işləmək qabiliyyəti
- Azərbaycan dili (əla), rus dili arzu olunandır
- Komandada işləmək bacarığı
- Nəzakətli, nizam-intizamlı və məsuliyyətli
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti
İş rejimi və əmək haqqı:
- Həftədə 6 gün
- Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini hr@krc.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Fəhlə (anbar)” şəklində göstərməyiniz xahiş
olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə
qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.