Qısa məzmun
Kapital Bank Analitika üzrə mütəxəssis/ aparıcı mütəxəssis/ baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Ümumi məlumat:
Kapital Bank namizədləri İnsan resurslarının idarə edilməsi departamentinin Qiymətləndirmə və motivasiya şöbəsində mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər:
- HR proseslər üzrə analiz aparmaq (HR metriklər üzrə hesabatlar və təhlillər aparmaq).
- Əməkdaşların fəaliyyət qiymətəndirilməsini həyata keçirmək;
- Əməkdaşların illik fəaliyyət göstəricilərinin təhlili etmək;
- Əməkdaşların fəaliyyət göstəricilərinə uyğun olaraq hesablamaları aparmaq;
- Fəaliyyət göstəricilərinin təhlili zamanı istifadə olunan hesabatları optimallaşdırmaq;
- HR layihələrdə iştirak etmək.
Tələblər:
- Ali təhsilin olması (Maliyyə və ya HR sahəsi üzrə olması arzuolunandır) ;
- HR sahəsində minimum 2 il iş təcrübəsi;
- MS Excel biliyinin yüksək səviyyədə olması;
- Analitik düşünmə və təhliletmə bacarığı;
- Komanda ilə işləmək bacarığıDəqiqlik, detallara qarşı diqqətlilik;
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət edə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...