Aktiv və Passivlərin İdarə edilməsi şöbəsinin mütəxəssis
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Bank BTB Aktiv və Passivlərin İdarə edilməsi şöbəsinin mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Rus dillərini bilməlidir.

Xəzinədarlıq departamenti, Aktiv və Passivlərin İdarə edilməsi şöbəsinin mütəxəssisi vakansiyası üzrə vəzifə öhdəliklərini aşağıda nəzərinizə çatdırıram:

  • Aktiv və passivlərin idarə edilməsi üzrə siyasətin, daxili qaydaların, onlara əlavə və dəyişikliklərin layihələrinin hazırlanmasında iştirak edir;
  • Likvidlik proqnozlarını hazırlayır və departament direktoruna/şöbə rəhbərinə təqdim edir;
  • Likvidlik və bazar riskləri nəzərə alınmaqla, mövcud resursların müddətləri, valyutaları və məbləğləri barədə və digər analitik hesabatların hazırlanmasında iştirak edir;
  • Qiymətli kağızlar bazarında qiymətli kağızların alınması və müvafiq hesabatların və sənədləşmənin aparılması
  • Maliyyə bazarında əlavə resurslar cəlb edilməsi və ya artıq resursların yerləşdirilməsi üçün verilən tapşırıqlara əsasən danışıqlar aparır və departament direktorunu/şöbə rəhbərini məlumatlandırır;
  • Yerli və beynəlxalq maliyyə-kredit təşkilatları, fondları, bankları və digər maliyyə institutları ilə münasibətlər qurur, onlardan bank üçün sərfəli şərtlərlə maliyyənin əldə edilməsi istiqamətində fəaliyyət göstərir;
  • Resursların daxili qiymətlərinin müəyyən edilməsi (FTP – funds transfer pricing);
  • Departamentin funksiyaları daxilində departament rəhbərinin və şöbə rəhbərinin digər tapşırıqlarını yerinə yetirir.

Namizədlərə tələblər:

  • Azərbaycan, Rus dillərini səlis, İngilis dilini yaxşı səviyyədə bilmək;
  • Peşəkar səviyyədə MS Excell-dən istifadə bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) cv@btb.az elektron ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Aparıcı mühasib

Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...

Aznet Technologies

18.06.2025 - Bakı

1000 — 1800 ₼
Mühasib

Ə/h 1000-1800 AZN. Abacus Audit And Consulting Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Abacus Audit And Consulting

30.05.2025 - Bakı

1300₼
Mühasib (Əmək haqqı və ödəmələr üzrə)

Askona Mühasib (Əmək haqqı və ödəmələr üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...

Askona

29.05.2025 - Bakı

Daxili Audit Üzrə Kiçik Mütəxəssis/ Mütəxəssis/ Aparıcı Mütəxəssis

Zeytun Pharmaceuticals Daxili Audit Üzrə Kiçik Mütəxəssis/ Mütəxəssis/ Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Zeytun Pharmaceuticals

27.05.2025 - Bakı

Satış üzrə mühasib

Oven Food Bakery Satış üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Oven Food Bakery

23.05.2025 - Bakı