Akademik heyətin işə qəbul müsabiqəsi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Azərbaycan Turizm və Menecment Universiteti Akademik heyətin işə qəbul müsabiqəsi vəzifəsi üzrə vakansiya elan edir.

Azərbaycan Turizm və Menecment Universiteti 2020/2021-ci tədris ili üçün Turizm və Qonaqpərvərlik fakültəsinin müvafiq ixtisasları üzrə müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə akademik heyətin işə qəbul müsabiqəsini elan edir.

Müsabiqə üç mərhələdən ibarət olacaqdır:

  • Sənədlərin qəbulu;
  • Müsahibə;
  • Azərbaycan Turizm və Menecment UniversitetiSınaq dərslərin keçirilməsi.

Namizədlərə aid tələblər:

  • Fənn blokuna uyğun elmi dərəcəsi (magistr, fəlsəfə və elmlər doktoru);
  • Müasir tədris standartlarına uyğun silabus və fənn materiallarını hazırlama bacarıqları;
  • Tələbə-yönümlü tədris metodikası;
  • Kompyuter biliyi: Ofis proqramlarında (xüsusilə, Microsoft Word, Excel və Power Point) sərbəst işləmək bacarığı.

Tələb olunan sənədlər:

  • Doldurulmuş müraciət və silabus formaları;
  • Şəxsiyyət vəsiqəsinin elektron surəti;
  • Diplom(lar) və ona əlavə(lər)in elektron surətləri (xaricdə təhsil alanlar isə diplomla yanaşı həmin sənədin tanınmasına dair şəhadətnamənin elektron surətini təqdim etməlidirlər)

Namizədlər müvafiq formaları aşağıdakı keçidlərdən əldə edə bilərlər:

Fənn blokları.pdf

İşə qəbul müsabiqəsi – müraciət forması.doc

Silabus forması.doc

Namizədlərdən tələb olunan sənədləri career@atmu.edu.az elektron ünvanına göndərmələri xahiş olunur. Müraciətlərin göndərilməsi üçün son tarix 20 avqust 2020-ci ildir.
Namizədlərin hər hansı sualı yaranarsa (+99412) 564 42 33 (daxili nömrə 115) telefon nömrəsi və ya career@atmu.edu.az vasitəsilə əlaqə saxlaya bilərlər.

Qeyd: Namizədin göstəriciləri vəzifə tələblərinə uyğun gəlmədikdə və ya müraciət müddəti bitdikdə sənədlərə baxılmayacaq.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...