Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Sinteks Group of Companies Administrator Xəzinədar vəzifəsi üzrə vakansiya elan edir.
İşin rolu:
Bu rol pul vəsaitlərinin və malların hərəkətinə nəzarət edir.
Vəzifə öhdəlikləri:
- Mağazanın vaxtında açılıb-bağlanmasını təmin etmək
- Mağazada təmizlik və səliqə-sahmanlığa nəzarət etmək
- Mağazada təsərrüfat işlərini aparmaq
- Satış əməliyyatlarını icra etmək və satış proqramında qeydiyyat aparmaq
- Müştərilərdən nağd ödənişləri qəbul etmək və POS-terminal vasitəsilə nağdsız ödənişləri həyata keçirmək
- Mağazada müştəri xidmətinin yüksək standartlara uyğun olmasını təmin etmək
- Günün yekun hesabatını aparmaq, təhvil veriləcək pulun mühafizəsini təmin etmək, pulu və POS-terminal qəbzlərini aidiyyəti üzrə təhvil vermək
- Malları mağazaya qəbul etmək və təftiş zamanı iştirak etmək
- Mağazada mövcud olan malın, invertarın saxlanması və yerdəyişməsinə nəzarəti həyata keçirmək
- Qiymət etiketlərinin yerləşdirilməsinə və mövcudluğuna nəzarət etmək
Əsas tələblər:
Təhsil:
- Maliyyə/İqtisadiyyat və ya digər müvafiq sahədə Ali təhsil
Təcrübə:
- Administrator – Kassir kimi 2-3 il iş təcrübəsi
Professional Biliklər:
- Kassa aparatı və Pos terminalın istismar qaydaları
- Müştəri xidmətinin əsasları
- Rus dilləri mükəmməl, İngilis dili arzuolunandır
- MS Office və satış Proqramlarını bilmək
Professional Bacarıqlar və Kompetensiyalar:
- Məsuliyyət
- Detallara diqqət
- Nizam-İntizam
- Stressə davamlılıq
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Administrator Kassir” qeyd edərək göndərə bilərlər.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Uragan-Group Satış menceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Korporativ satış meneceri vəzfifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...