Qısa məzmun
Sinteks Group of Companies Accountant (F&B Industry) vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifənin rolu:
Bu vəzifənin rolu şirkətin maliyyə uçotunu qanunvericiliyə uyğun olaraq aparmaqdır.
Vəzifə öhdəlikləri:
- Daxil olan ilkin sənədlər əsasında məlumatları mühasibat uçotu proqramına daxil edir
- Kreditor və debitorlarla hesablaşmaları aparır
- Pul vəsaitinin hərəkətini eyni zamanda yerli/xarici ödənişləri icra edir və uçotunu aparır
- Mühasibat sənədərini arxivləşdirir
- Hesab-fakturalarını hazırlayır
- Nağd və qeyri-nağd əməliyyatların uçotunu təşkil edir
- Daxil olan sorğulara əsasən sifariş olunan malların sistemdə yerləşdirilməsi və buna aid ödənişlərin icra olunması
- İşçilərin aylıq əmək haqlarını, mükafatlarını, məzuniyyət haqlarını, xəstəlik vərəqələri və son haqq-hesab ödənişlərini hesablayır
- Əmək haqqı üzrə hesablamaların mühasibat proqramında uçotunu aparır
- Əmək haqqı ilə bağlı Vergilər Nazirliyi, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatları hazırlayır
- İşə qəbul prosesini icra edir
- Menyu məsrəflərinin aparılması
- Daxili maliyyə hesabatların hazırlanması
Əsas tələblər:
Təhsil:
- İqtisadiyyat, Maliyyə üzrə Ali təhsil
Təcrübə:
- Maliyyə və Mühasibat sahəsində 3 illik təcrübə
- Qida və içki sahəsi üzrə təcrübə üstünlükdür
Professional Biliklər:
- Vergi Məcəlləsi – əsas baza biliyi
- Mühasibatlıq
- MS Office Proqramları
- Mühasibat uçotu
- Vergi Məcəlləsi və Əmək Məcəlləsi (Əmək haqqı ilə əlaqəli)
Professional Bacarıqlar və Kompetensiyalar:
- Zamanın idarəolunması
- Detallara diqqət
- Analitik düşüncə
- Məsuliyyət
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mühasib (Qida və içki sahəsi)” qeyd edərək göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Audit
BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...
Komplayens şöbəsinin mütəxəssisi
BOKT “Falcon Finance” MMC (Bakı filialı) Komplayens şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...