Qısa məzmun
Sinteks Group of Companies Mühasib (Bank əməliyyatları üzrə) vəzifəsi üzrə vakansiya elan edir. Cəldlik bacarığı olmalıdır.
1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.
Sinteks Şirkətlər qrupuna hal hazırda Mühasib (Bank əməliyyatları üzrə) tələb olunur.
Vəzifənin rolu
Bu vəzifənin rolu şirkətin nağdsız əməliyyatlarını həyata keçirmək və uçotunu aparmaqdır.
Vəzifə öhdəlikləri:
- Ödəniş cədvəllərini hazırlayır
- Pul vəsaitlərinin hərəkətini icra edir
- Yerli və beynəlxalq bank əməliyyatlarının uçotunu aparır
- Pul vəsaitlərinin hərəkəti ilə bağlı banklarla üzləşdirir
Əsas tələblər:
- Təhsil:
- İqtisadiyyat, Maliyyə və ya Biznesin İdarəedilməsi sahəsində ali təhsil
- ACCA üzrə sertifikat arzuolunandır
- Təcrübə:
- Maliyyə və Mühasibatlıq sahəsində 2 ilə kimi iş təcrübə
- Bank əməliyyatları üzrə iş təcrübəsi
- Professional biliklər:
- Maliyyə uçotu
- Azərbaycan dili mükəmməl, İngilis və Rus dilləri orta səviyyədə
- MS Office Proqramları
- Professional bacarıqlar və kompetensiyalar:
- Detallara diqqət
- Zamanın idarəolunması
- Analitik düşüncə
- Məsuliyyət
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mühasib (Bank əməliyyatları üzrə)” qeyd edərək recruitment@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...
BOKT “Falcon Finance” MMC (Bakı filialı) Komplayens şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...