Qısa məzmun
CMS Properties MMC Accountant assistant vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Mədaxil və məxaric əməliyyatlarının müvafiq təsdiqləyici sənədlər əsasında icra edilməsi;
- 1C tətbiqində mədaxil, anbar yerdəyişmələri və cari silinmələrin müvafiq tələblər əsasında formalaşdırılması və bu sənədlərin arxivləşdirilməsi;
- Anbarda minimal saxlanc miqdarları müəyyən edilən (təsdiqlənmiş əmr əsasında) materialların azalması halında məlumat vermək;
- Anbar əməliyyatları ilə bağlı tələb olunan bütün hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
- İnventarizasiyanın aparılması;
- İstehsalat sahəsi üzrə tələblərin yazılması və icrasına nəzarət edilməsi;
- İstehsalat prosesi ilə bağlı tələb olunan bütün məlumatların 1C tətbiqinə daxil edilməsi
Məsuliyyətlər:
- Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını yerinə yetirmək.
- Əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək.
- Əməyin təhlükəsizliyi normalarına əməl etmək.
- İcra etdiyi işlərin qanunvericiliyə uyğun olmasına görə məsuliyyət daşımaq.
- İstifadəsində olan əmlak və digər mal-material qiymətlərinə, ciddi uçot blanklarına görə tam maddi məsuliyyət daşımaq.
Ümumi Tələblər:
- Ali təhsil (maliyyə və muhasibatlıq sahəsi üzrə)
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi
- MS Office (Word, Excel), Outlook proqramlarını yüksək səviyyədə bilmək;
- 1C proqram təminatından istifadə etmək bacarığı;
- Verilmiş tapşırıqları vaxtında icra etmək, analitik qabiliyyətə, problemləri həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
- İş yerinə yaxın ərazidə yaşaması arzuolunandır
Əmək haqqı: 600-700 AZN
İş yeri: Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi
İş vaxtı: İstehsalat zərurətinə görə 5 və ya 6 günlük (həftədə 40 saatdan artıq olmamaq şərtilə)
Əlavə qeyd: Əlavə təhsili və ya bilikləri olan şəxslərə üstünlük veriləcək.
Qeyd olunan tələblərə uyğun namizədlər CV-lərini e-mail ünvanına göndərə bilərlər.
mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
SUPERFON Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
SUPERFON Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...