Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Qartal Construction Company İnşaat mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. Nahar firmanın hesabına verilir.
İşçiyə tələblər aşağıdakı kimidir:
- 3 il uyğun təcrübəsi olmalı;
- İnşaatçı mühəndis ixtisası üzrə ali təhsil müəssisəsini bitirmiş olmalı;
- Tenderlərin qiymətləndirilməsi və layihəyə nəzarət bacarığına malik olmalı;
- İngilis dilində yaxşı biliyə malik olmalı;
- Kompüter biliklərinə (word, excel, autocad, outlook və s.) malik olmalıdır;
- Yaşayış yerinin Sumqayıt şəhərində olmasına üstünlük verilir;
- Avtomobil idarə etməsi üçün sürücülük vəsiqəsinin olması uyğundur.
İşçinin yerinə yetirdiyi işlər aşağıdakılardır:
- BP şirkəti və SOCAR-ın struktur bölümlərinin layihələri üzrə işlərin qiymətləndirilməsi, bazarın araşdırılması və uyğun qiymət təklifinin verilməsi;
- Ona tapşırılmış layihələr üzrə işlərin gedişinin koordinasiya edilməsi, sahədə işin uyğun yerinə yetirilməsinə, tələb olunan çertyoj və sxemlərin düzgün işlənilməsinə nəzarət edilməsi;
- Təhvil-təslim aktlarının tərtib edilib Sifarişçinin imzalaması üçün hazırlanması;
- Gündəlik Raportların elektron formatda layihə koordinatoru tərəfindən göndərilməsinə nəzarət edilməsi.
İşçi üçün yaradılan şərait:
- Əmək haqqı razılaşma yolu ilə müəyyən edilir. Namizəd iddia etdiyi minimum əmək haqqını CV-də bildirməlidir;
- Nahar yeməyi firmanın vəsaiti hesabına təmin edilir;
- Ehtiyac yaranarsa ona özünün idarə etməsi şərti ilə xidməti avtomobil təhkim edilir;
- İş günləri 5 günlük iş həftəsi, saat 09:00-18:00 təyin edilir;
- İş yeri Sumqayıt şəhəri, Koroğlu prospekti 278, 48-ci məhəllədə yerləşən Qartal Tikinti Firmasının baş ofisindədir.
Maraqlananların aşağıdakı email ünvanına CV-lərini göndərmələri tələb olunur: info@qartal.az
Göndərdiyiniz müraciət e-mailin mövzu hissəsində inşaatçı mühəndisi üçün CV qeyd etməklə göndərin.
Qartal Tikinti Firmasının ünvanı: Koroğlu prospekti 278, 48-ci məhəllə, Sumqayıt, AZ-5011
Mobil nömrə: +994 50 235 48 67 (Tural Məmmədov)
Oxşar vakansiya siyahısı:
Camal LTD şirkəti Qida sahəsi üzrə mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Camal LTD şirkəti Qida sahəsi üzrə mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
"Aznet Technologies” QSC Telekommunikasiya şirkətinə Layihəçi mühəndis tələb olunur. ...
Hajigabul Poultry Farm Company Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis ( Hacıqabul) vəzifəsi üzrə vakansiya elan edir ...
Hajigabul Poultry Farm Company Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis – Şəmkir vəzifəsi üzrə vakansiya elan edir ...