Müştəri Xidmətləri Aparıcı mütəxəssisi
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Ziraat Bank Azərbaycan ASC Müştəri Xidmətləri Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşünmə qabiliyyəti olmalıdır.

Vəzifəyə olan tələblər:

  • Ali təhsil (maliyyə / iqtisadiyyat sahəsində təhsil arzu ediləndir);
  • Banklarda kiçik və orta biznes və ya korporativ müştərilərə satış ilə bağlı iş təcrübəsi ;
  • Maliyyə hesabatlarının hazırlanması və təhlil edilməsi bilikləri;
  • Əldə olunmuş məlumatlar əsasında sahibkarın ödəniş qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətində dəyişiklikləri təhlil etmək, proqnoz hesabatlar hazırlamaq, təqdim olunmuş biznes planın məqsədəuyğunluğunu və effektivliyini qiymətləndirmək, buna dair hesabat hazırlamaq qabiliyyəti;
  • Müştərilər ilə effektiv ünsiyyət qurmaq və tələb olunan məlumatları əldə etmək qabiliyyəti;
  • Banklarda hesabların açılması və aparılması, sənədli əməliyyatlar (akkreditiv və təminat məktubları) və korporativ müştərilərin günlük bank əməliyyatlarının aparılmasına dair iş təcrübəsi;
  • Analitik düşünmə qabiliyyəti;
  • Stresin idarə edilməsi bacarığı;
  • Nəticəyə yönəlmiş fəaliyyət qabiliyyəti;
  • Xarici dil bilikləri (Rus dili, İngilis dili);
  • Kompüter bilikləri (MS Excel, MS Word).

Əsas vəzifələr:

  • Potensial müştərilər ilə görüşlər təşkil edərək, onların bankla əməkdaşlığa cəlb edilməsini təmin etmək;
  • Bankın təqdim etdiyi bütün məhsul və xidmətlər haqqında məlumatlı olmaq və hər iki tərəf üçün məqbul təklifləri hazırlamaq və təqdim etmək;
  • Bankla kredit sahəsində əməkdaşlıq etmək üçün müraciət edən sahibkarlıq subyektinin maliyyə məlumatlarını toplamaq, alınmış məlumatları nəzərdən keçirməklə ilkin təklifi hazırlamaq və rəy alınması üçün bankın aidiyyatı struktur bölmələrinə istiqamətləndirmək və prosesinin növbəti mərhələlərinə nəzarət etmək;
  • Müştərilərin bankla uzun müddətli əməkdaşlığını təmin etmək məqsədi ilə operativ xidmət göstərmək, daxil olmuş tələb və şikayətləri yerində araşdırmaq və aradan qaldırılması üçün tədbirlər görmək;
  • Çarpaz satışı təmin etmək.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını Sentyabr ayının 30-dək cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində Sizə uyğun filialın adını yazmaqla “Müştəri Xidmətləri” qeyd etməyiniz vacibdir.

Oxşar vakansiya siyahısı:

500₼
Xəzinədar

Sağlam Ailə Xəzinədar vəzifəsi üzrə vakansiya elan edir. ...

Sağlam Ailə

16.07.2025 - Bakı

500 — 600 ₼
1C Operator

Dashyunu.az MMC şirkəti 1C Operator vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşüncə qabliyyəti və riyazi bilik səviyyəsi olmalıdır. ...

Dashyunu.az MMC

16.07.2025 - Bakı

400 — 700 ₼
Mühasib – aktuar

Meqa Həyat Sığorta şirkəti Mühasib - aktuar vəzifəsi üzrə vakansiya elan edir. ...

Meqa Həyat Sığorta

16.07.2025 - Bakı

3000₼
Maliyyə Direktoru

Dashyunu.az MMC şirkəti Maliyyə Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...

Dashyunu.az MMC

14.07.2025 - Bakı

1000₼
Baş Kredit Mütəxəssisi

Brand Credit BOKT Baş Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...

Brand Credit BOKT

09.07.2025 - Bakı, Bərdə

700₼
Aparıcı kredit mütəxəssisi

Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...

Brand Credit BOKT

09.07.2025 - Bakı, Bərdə

Kredit Mütəxəssisi

Brand Credit BOKT Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Brand Credit BOKT

09.07.2025 - Bakı

Aparıcı mühasib

Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...

Aznet Technologies

18.06.2025 - Bakı