Elektrik
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 700-900 AZN. Grand-Agro İnvitro ELektrik vəzifəsi üzrə vakansiya elan edir. Elektrik sxemlərini oxumaq bacarığı olmalıdır.

İş barədə məlumat:

  • Elektrik avadanlıqlarının təmiri üzrə ayrı-ayrı işlərin yerinə yetirilməsi
  • Paylayıcı qutuların, sıxacların, qoruyucu lövhələrin və işıqlandırıcı armaturun montajı və təmiri
  • Elektrik avadanlıqlarının hissələrinin açılıb yuyulması və silinməsi ilə tənzimlənməsi və sıxılmış hava ilə üfürülməsi
  • Kabel və məftillərin uclarının kəsilməsi, preslənməsi və sonluqların lehimlənməsi
  • Paylayıcı lövhə və qutuların dəyişdirilməsi, qoruyucuların və qoşucuların qurulması
  • Elektrik mühərrikləri və generatorlarının hissələrinin yığılması, təmizlənməsi, yağlanması, şotkaların dəyişdirilməsi
  • Elektromaqnit və elektromexaniki avadanlıqlarda yarana biləcək problemlərin aradan qaldırılması, təmir bərpa işlərinin həyata keçirilməsi
  • Relelərinin təmiri, tənzimlənməsi, proqramlaşdırılması və elektrik sxemlərinə qoşulması

İş şərtləri

  • İş vaxtı I – V günlər 08:30-dan 17:30-dək
  • Şirkət tərəfindən nahar və nəqliyyat ilə təmin edilmə

Namizədə tələblər:

  • Orta texniki təhsil (Müvafiq diplom və ya elektrik serfikatı)
  • Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi
  • Avadanlıqların texniki baxışını həyata keçirmək və təmir etmək bacarığı
  • Elektrik qurğularının və elektrik avadanlıqlarının iş prinsipi haqqında biliklər
  • Elektrik sxemlərini oxumaq bacarığı
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə, istehsalat sanitariyası qayda və formalarını bilməli
  • Elektrik avadanlıqlarının montaj olunması və elektrik sxemləri ilə işləməyi bacarmalı
  • Elektrik sahəsinə aid olan təhlükəsizlik qaydalarını və elektrik qurğularının quruluşunu, elektrik materiallarının xüsusiyyətlərini bilmək və onlardan istifadə qaydalarını bacarmaq

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı