Təchizat üzrə Mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 1000-1500 AZN. Resant Consulting and Management Təchizat üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Şirkətin bütün satınalma işləri və təchizat üzrə sifarişlərin təmin edilməsinə nəzarət etmək;
  • Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tender, kotirovka, təklif sorğularının keçirilməsini təşkil etmək;
  • Tenderin keçirilməsi üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq əşyalar və xidmətlərin, işlərin satınalınması üzrə tenderlərin elan olunmasını, tender prosesinin idarəolunmasını təşkil etmək, tender təkliflərini təhlil etmək, ən aşağı qiymət və ən sərfəli kommersiya şərtlərinin əldə edilməsi üçün təchizatçılarla danışıqlar aparmaq, müqavilələr üzrə danışıqlar aparmaq və müvafiq şöbələrlə birgə müqavilələr hazırlamaq, alış sifarişləri, müqavilələri, düzəlişləri hazırlamaq, gündəlik sənədləşmə işlərini həyata keçirmək;
  • Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlilini təşkil etmək;
  • Fəaliyyət istiqamətləri üzrə Şirkətin rəhbərliyinin keçirdiyi iclasların, görüşlərin və digər bu kimi tədbirlərin təşkili və texniki təminatı ilə bağlı tədbirlər görmək;
  • Şirkətin inzibati bina, mebel, ofis texnikası, rabitə vasitələri, kargüzarlıq ləvazimatları, kompüter, təsərrüfat inventarı, idarəetmənin texniki vasitələri və digər zəruri avadanlıqlar ilə təmin edilməsi üçün tədbirlər görmək;
  • Şirkətin maddi-texniki təminatının effektivliyinin təşkili məqsədilə sifarişlərə və onların icra vəziyyətinə dair vahid baza yaradılmasını təşkil etmək;
  • Alınan məhsulların müvafiq standartlara cavab verməsinə nəzarət etmək, onların qəbulunda iştirak etmək, ehtiyaclar üzrə vaxtında aidiyyəti müəssisə və qurumlara sifarişlər verilməsi istiqamətində tədbirlər görmək;
  • Hesabatların hazırlanması və analizi, satınalma sorğularının hazırlanması, təchizatçıların analizi və digər prosseslərin effektiv iarəolunmasını təşkil etmək;
  • Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunmasına nəzarət etmək.

Namizədə bağlı tələblər:

  • Ali təhsil;
  • Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu bilməli;
  • MS Office proqramları;
  • Qeyd olunan vəzifə üzrə minimum 3 il təcrübə
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilməli ( rus və ingilis dilləri bilən namizədlər arzuolunandır) ;
  • Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları, kommunikasiya bacarığı.

İş Şərtləri:

  • İş vaxtı: həftədə 5 gün;
  • AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə;
  • Bu vəzifə sahibləri müqavilə ilə maddi-məsuliyyətli şəxs olurlar;
  • Əmək haqqı: 1000-1500 AZN.

Maraqlanan namizədlər mövzu yerində “ Təchizat üzrə Mütəxəssis” yazmaqla öz CV-lərini hr@resantgroup.az ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

1200 — 1500 ₼
Baş Anbardar

Azprotein Foods Group Baş Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Təchizat üzrə mütəxəssis

Tender kateqoriyalarına görə təchizatçı şirkətlərin müəyyən edilməsi; Kateqoriyalara görə şirkətlərə tender dəvətləri göndərmək, tələb edilən ...

Company

22.04.2024 - Bakı

600₼
Anbardar

Sabah Group MMC Anbardar vəzifəsi üzrə vakaniya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Xarici Satınalma üzrə Mütəxəssis

ZH-GROUP MMC Xarici Satınalma üzrə Mütəxəssis vakansiyasıni elan edir ...

ZH-GROUP MMC

18.04.2024 - Bakı