Hüquqşünas
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. ADY Ekspress Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Ofis proqramlarında sərbəst işləmək bacarığı olmalıdır.

Location: Baku, Xətai Biznes Mərkəzi

Vəzifə öhdəlikləri:

  • Müqavilələrin, korporativ aktların (etibarnamə, rəy, əmrlərin və s.) hazırlanmasında iştirak etmək;
  • Şirkət daxilində hüquqi təminat, ekspertiza və təhlil işlərinin aparılmasında yardımçı olmaq;
  • Dövlət, qeyri-dövlət orqanlarında, məhkəmələrdə şirkəti təmsil etmək;
  • Qüvvədə olan qanunvericilik bazası haqqında və onun şirkətdə tətbiqi ilə bağlı müvafiq məlumatların təqdim edilməsi;
  • Təqdim edilmiş müqavilələrin hüquqi ekspertizasının aparılmasını həyata keçirtmək və hüquqi riskləri araşdırmaq.

Namizədə tələblər:

  •  Ali hüquqi təhsil;
  • Azərbaycan və rus dillərində mükəmməl, ingilis dilində yaxşı danışıq və yazı bacarığı olan;
  • Azərbaycan Respublikasının normativ hüquqi aktları haqqında məlumatlı olmaq, AR mülki, mülki-prosessual, əmək, inzibati, vergi hüququnun əsaslarını bilməsi arzuolunandır;
  • Tez mənimsəmə qabiliyyəti, öyrənmək və özünü inkişaf etdirməyə meyllilik;
  • Korporativ hüquq sahəsində ən azı 2 il iş təcrübəsinin olması arzuolunandır;
  • Detallara fikir vermək və məsuliyyətli olmaq;
  • Ofis proqramlarında sərbəst işləmək bacarığı olan.

Xahiş olunur CV-lərinizi 15 Sentyabr 2020-ci il tarixinədək e-poçtun “subject” hissəsində “Aparıcı hüquqşünas” qeyd etməklə hr@adyexpress.az adresinə göndərəsiniz.

Xahiş edirik, nəzərə alasınız ki, yalnız seçilən namizədlərlə əlaqə saxlanacaq.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı