Xarici kommunikasiyalar üzrə baş mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. PASHA Holding Xarici kommunikasiyalar üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

PAŞA Holdinq “Xarici kommunikasiyalar üzrə baş mütəxəssis” vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir.

İşin təsviri:

  • Şirkətin xarici kommunikasiya strategiyasının yazılması və icra olunmasını həyata keçirmək
  • PAŞA Holding-in baxışı, missiyası və dəyərlərinin xarici auditoriyaya düzgün kommunikasiyasının təmin etmək
  • Qrup şirkətləri arasında xarici kommunikasiya üzrə sənədlərin uyğunlaşdırılmasını təmin etmək
  • Şirkət daxilində xarici kommunikasiya üçün nəzərdə tutulmuş sənədlərin hazırlanmasına dəstək göstərmək
  • Mətbuat və ictimai məlumat sorğularını cavablandırmaq və ya müvafiq səlahiyyətli şəxsə yönləndirilməsi; Kütləvi informasiya vasitələrinin (KİV) əhatə dairəsinin təsirinin təhlil edilməsi; media məsələlərinin idarəsində dəstək göstərilməsi;
  • Xarixi kommunikasiya üçün nəzərdə tutulmuş məqalələrin mətnlərinin hazırlanması;
  • PAŞA Holding-in rəsmi vebsaytının və digər xarici kommunikasiya kanallarının idərə edilməsi idarə edilməsi;
  • İri media qurumları ilə əlaqələrin yaradılması və inkişaf etdirilməsi;
  • Ehtiyac yarandığı halda mətbuat konfranslarının, müsahibə və brifinqlərin təşkil edilməsində kömək göstərilməsi;
  • Press-relizlər, təqdimatlar və redaksiya tələb edən məzmunlar da daxil olmaqla Şirkət daxilində xarici kommunikasiya üçün nəzərdə tutulan materiallarının hazırlanması
  • Media siyahılarının yaradılması və idarə edilməsi;
  • Bizneslə əlaqəli xəbərlərin və yeniliklərin öyrənilməsi üçün gündəlik olaraq mətbuatın araşdırılması; Mətbuatın ümumi monitorinqi;
  • Şəkillər, video və digər məzmunlar da daxil olmaqla bütün PR və xarici kommunikasiya aktivlərinin təşkil edilməsi və idarə olunması;
  • Daxil olan mətbuat sorğularının və məlumat tələblərinin cavablandırılmasında yardım edilməsi;
  • Korporativ təqdimatın hazırlanması
  • İllik hesabatın hazırlanması
  • Pres-relizlər, xarici kommunikasiya planları, məlumat mübadiləsi üçün sənədlər, nitqlər, sual-cavab sənədləri və s. də daxil olmaqla
  • tbuat materialları üçün müvafiq məzmunların yaradılması;
  • Xarici kommunikasiya üçün nitqlərin yazılması, brifinq sənədlərinin hazırlanması və Şirkətin səlahiyyətli nümayəndələri ilə müsahibələrin təşkil edilməsi;

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

  • Mükəmməl yazı, redaktə və korreksiya etmə bacarıqları vacibdir;
  • Nəzərdə tutulmuş sosial media kanalları üçün müvafiq məzmunların vaxtlı vaxtında yaradılması və idarə edilməsi təcrübəsi;
  • Şirkət tərəfindən maliyyələşdirilən tədbirlərin icrasına iştirak təcrübəsi;
  • Jurnalistika, kommunikasiya və ya yaxın sahədə bakalavr diplomunun olması;
  • Mətbuat, kommunikasiyalar və ya ictimai əlaqələr sahəsində müvafiq təcrübənin olması;
  • İctimai tədbirlərin planlaşdırılması, əlaqələndirilməsi və icrası bacarığı;
  • Güclü ünsiyyət və kommunikasiya bacarığı;
  • Mükəmməl təşkilati, layihə və vaxtın idarəedilməsi və planlama bacarıqları;
  • Mükəmməl azərbaycan və ingilis dillərində güclü ünsiyyət qurma bacarıqları (rus dili biliyi üstünlükdür);
  • MS Office (Excel, PowerPoint, Word), İnDesign, Adobe Photoshop vəya CorelDraw proqramlarında sürətli işlmə bacarığı;

Müraciət etmə qaydaları:

  • Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

    CV recruitment@pasha-holding.az ünvanına göndərilməlidir;

  • Mövzu sətrində “Xarici kommunikasiyalar üzrə baş mütəxəssis” qeyd olunmalıdır;
  • CV-lər 31 Avqust, 2020-ci il tarixinə qədər göndərilməlidir.

Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...