Boru qaynaqçısı
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 700-1000 AZN. Bakı Gəmiqayırma Zavodu MMC Boru qaynaqçısı vəzifəsi üzrə vakansiya elan edir. Sahə ilə bağlı qaynaq aparatlarından və əl alətlərindən mükəmməl istifadə etmə bacarığı olmalıdır.

İş barədə məlumat:

  • İş qrafiki: 5 gün, 08:00-dan 17:00-dək
  • Yeni tikilən, eləcə də təmirə gələn gəmilərdə, platformalarda texniki spesifikasiyalara əsasən əsasən müxtəlif diametrli borularda qaynaq əməliyyatlarını həyata keçirmək
  • İş qrafikindən əlavə iş saatları qanunvericiliyə uyğun olaraq maaşa əlavə hesablanır
  • Xüsusi mühafizə vasitələri, nahar və nəqliyyat müəssisə tərəfindən təmin edilir
  • Sığorta Təminatları var

Namizədə tələblər:

  • Sahə ilə bağlı qaynaq aparatlarından və əl alətlərindən mükəmməl istifadə etmə bacarığı
  • Müxtəlif elektrik qaynaq, qazla qaynaq aparatlarının quruluşlarını və iş mexanizmlərini bilməli
  • Dəyişən va sabit cərəyanla qaynağın va elektrik qovsü ilə yonmanın xüsusiyyətlərinə bələd olmalı
  • Sürət, gərginlik və amper tənzimləmək, qaynaq zamanı problemləri müəyyənləşdirmə bacarığı
  • Qaynaq tikişlərində qüsurların növlərini, onların qarşısının alınmasını, aradan qaldırılması üsullarını və qaynaq olunan metalların mexaniki xüsusiyyətlərini bilməli
  • Elektrodların növlərini bilmək və tikişlərin qoyulmasının texnoloji ardıcıllığını düzgün seçmək
  • Tətbiq olunan odluqların, reduktorların, balonların istifadə olunma qaydalarını, nəzarət-ölçü cihazlarının təyinatını və tətbiqi şərtlərini bilməli
  • Qaynaq sonrası şovu təmizləmək və qüsurlar zamanı təmir işini aparmaq
  • Zavodun təhlükəsizlik qaydalarına əməl etməli və öhdəlik götürməli
  • Təhkim edilmiş alət və avadanlıqları texniki cəhətdən saz vəziyyətdə saxlanılması
  • İstehsalat zərurəti olduqda əlavə iş vaxtında işləmək imkanı olmalı
  • Boru qaynağı sahəsi üzrə 3 ildən az olmayan iş təcrübəsi
  • Kollektivdə işləmə bacarığı

Maraqlanan namizədlər hr@bakushipyard.com e-mail ünvanına CV göndərə bilərlər. CV göndərən şəxslər mövzu yerində mütləq müraciət edilən vəzifənin adını göstərməlidirlər.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı