Mühafizəçi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. GESCO mühafizəçi vəzifəsi üzrə vakansiya elan edir. Dil bilikləri olan namizədlərə bonuslar nəzərdə tutulub.

İş barədə məlumat:

  • Təlimata əsasən tapşırılan obyektin müəyyən olunmuş vaxt çərçivəsində mühafizəsinin təşkili
  • Təlimatda qeyd edilən istisna hallar xaric, vəzifə yerini tərk etməmək
  • Hadisələrə qarşı diqqətli davranmaq
  • Baş verən hadisə barədə növbə rəisini mütəmadi olaraq məlumatlandırmaq
  • Obyekti periodik olaraq olaraq gəzərək, göstərilən təlimatların icrasını həyata keçirmək
  • Obyektə gələn qonaqlarla etik normalar əsasında davranmaq, gülərüz münasibət göstərmək və müştəri fokuslu olmaq
  • Giriş qapısını və digər tapşırlan obyektləri daimi olaraq nəzarətdə saxlamaq
  • Gecə və ya gündüz növbə sırasında təhlükəli görünən, şübhəli vəziyyətlə bağlı lazım gəldiyi təqdirdə növbə rəisinə məruzə eləmək
  • Növbə zamanı ona tapşırılmış ərazini tam nəzarətə götürmək və növbəni təlimata uyğun tələb olunduğu şəkildə icra etmək
  • Növbə zamanı təyin olunmuş geyim kodeksinə uyğun şəkildə olmaq
  • Təlimatda göstərilən şəkildə səliqəli, təmiz şəkildə işi təhvil almaq
  • Şirkətin daxili nizam qaydalarına və etik normalarına riayət etmək
  • Geyim kodeksini heç bir halda pozmamaq
  • Obyekt daxilində müştəriyə yardımçı olmaq, lazım gəldiyi təqdirdə təlimata uyğun olaraq istiqamətləndirmə və məlumatlandıma işini görmək
  • Texniki təhlükəsizlik qaydalarına əməl edilməsi və yanğın təhlükəsizliyi tədbirlərinin görülməsi
  • Fövqəladə hallar zamanı insanların və zəruri inventarın təxliyəsinin təşkil edilməsi
  • Təhlükəsizliyin təmin edilməsi səviyyəsinin mütəmadi diaqnostikası
  • İş Şəraiti
  • Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə uyğun iş şəraiti.
  • İş rejimi –növbəli
  • İstirahət vaxtı- qrafikə uyğun şəkildə tənzimlənir
  • Əmək haqqı: razılıq əsasında
  • Ünvan: Bakı ş. Ziya Bünyadov pr.1965. “Çinar Park” 5-ci bina

Namizədə tələblər:

  • Yaş: 20-35
  • Cinsi: Kişi
  • Boy: 170-dən yuxarı olmalı
  • Hərbi xidmət keçməsi: Vacib
  • Sağlamlıq dərəcəsi: Tibbi arayış əsasında
  • Vətəndaşlıq: Azərbaycan Respublikasının vətəndaşı
  • Əsasən Bakı şəhəri ərazisində, o cümlədən ətraf yerlərdə (Sumqayıt şəh. və s.) yaşayan olmalı
  • Azərbaycan dillində sərbəst yazmaq, oxumaq və danışmağı bilməsi vacibdir
  • Rus və ya İngilis dilini bilənlərə əlavə bonuslar nəzərdə tutulur
  • Təhsil səviyyəsi:orta
  • Mühafizə kursu bitirənlərə üstünlük verilir
  • Hərbi xidmət keçmiş olması mütləqdir
  • Fiziki cəhətdən sağlam (aktiv şəkildə idmanla məşğul olan) olmalı

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...