Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Nar Brend və reklam işi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Rus və İngilis dillərini mükəmməl bilməlidir.
Vakansiya haqqında
İdarə : B2C Kommersiya
İş qrafiki: Standart
İş müddəti : Müvəqqəti
İş yeri : Port Baku Cənub Qülləsi
Sizin əsas vəzifə öhdəlikləriniz:
- Müvafiq zaman çərçivəsində fərqli miqyaslı ATL və BTL kampaniyalarını hazırlamaq, idarə etmək və uğurla icra etmək
- Layihə çərçivəsində müvafiq istiqamətləri müəyyən etmək üçün reklam agentliklərinə dəqiq və aydın briflər hazırlamaq
- Həyata keçirilən layihələr üzrə müvafiq marketinq ünsiyyət layihəsi cədvəlləri və hesabatları hazırlamaq
- Layihələr üzrə müvafiq məlumatların yerləşdirilməsini təmin etmək
- Müxtəlif kommunikasiya kanalları üçün Azərbaycan, Rus və İngilis dillərində düzgün məhsul mesajları və mətnləri hazırlamaq
- Yeni ideyalarla əlaqədar görüşlərdə iştirak etmək və kreativ kampaniyalar üçün təkliflər irəli sürmək
- Agentlik və vendorlar ilə əməkdaşlıq etmək
- Bütün reklam materialları üzrə məlumatların düzgünlüyünə görə məsuliyyət daşımaq
- Məlumatların brend qaydalarına uyğun olmasını və məlumatın hər yerdə eyni tərzdə təqdim olunmasını təmin etmək məqsədilə reklam materiallarında mütəmadi yoxlamalar həyata keçirmək
Sizdən tələb olunan təhsil və iş təcrübəsi:
- Ali təhsil
- Brend və ya reklam işi sahəsində ən azı 2 il iş təcrübəsi (Xarici şirkətlərlə işləmə təcrübəsi üstünlük hesab olunur)
Sizdən tələb olunan bacarıq və səriştəliklər:
- Kopiraytinq (uyğun mətnlərin yığılması) bacarığı
- Vendorlarla işləmə bacarığı
- Təşkilatçılıq bacarığı
- Vaxtın düzgün idarə olunması bacarığı
- Eyni vaxtda müxtəlif tapşırıqları yerinə yetirmə qabiliyyəti
- Təzyiq altında işləmə bacarığı
- Azərbaycan, Rus və İngilis dillərini mükəmməl bilmək
- MS Office proqramlarını bilmək
Müraciət etmək üçün
CV-nizi hr@azerfon.az e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Başlıqda “Brend və reklam işi üzrə mütəxəssis” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.