Android developer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Azərbaycan Beynəlxalq Bank Back end üzrə proqramçı vəzifəsi üzrə vakansiya elan edir.

“ABB” ASC Rəqəmsal innovasiyaların tətbiqi departamentinin Rəqəmsal həllərin mühəndisliyi şöbəsinə Android developer vakansiyasını elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat

Görəcəyiniz işlər:

  • Dizayna uyğun olaraq mobil-app hazırlamaq və lazım gəldikdə texniki məslələri dizaynerlərə bildirmək;
  • Ən son proqramlaşdırma prinsiplərini və sənaye standardlarını tətbiq etmək;
  • Back-end proqramçılarla bərabər işləmək və APİ-ların inteqrasiyasını təmin etmək;
  • Unit və Uİ testəri yazmaq və avtomatlaşdırılmış testlərin işini təmin etmək;
  • Yeni ideyaların tətbiqinə fokuslanmaq, effektiv olmayan həllərin tətbiqindən uzaq durmaq

Bizim üçün ideal namizəd:

  • Müvafiq sahədə ən azı iki il iş stajı olan;
  • Android SDK, Android müxtəlif versiyaları və ekran ölçüləri ilə bağlı güclü biliklərə sahib olan;
  • RESTFul APİ-ların mobil tətbiqdən back-end servislərə qoşulmasını təmin etmə bacarığı olan;
  • Android Uİ dizayn prinsipləri və praktikaları ilə bağlı biliklərə sahib olan;
  • Android memory management, threading və performans optimizasiyası üzrə biliklərə sahib olan;
  • Biznes tələblərini anlama və onu texniki tələblərə çevirmək bacarığına sahib olan;
  • FCM üzrə biliklərə sahib olan;
  • Git üzrə sərbəst işləyə bilən;
  • “Continuous integration” barədə məlumatlı olan;
  • Agile komandada işləmək qabiliyyəti olan (arzu olunandır);
  • Retrofit, Picasso və Glide kitabxanaları ilə işləmək qabiliyyəti olan;
  • MVP və ya MVVM üzrə işləmək qabiliyyəti olan;
  • Android Architecture Components üzrə biliklərə sahib olan;
  • Kotlin və ya Java üzrə güclü biliklərə sahib olan bir şəxsdir

Axtardığımız ideal namizəd sizsinizsə CV-nizi cv@ibar.az elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Android developer” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Əlavə məlumat üçün: www.ibar.az

Oxşar vakansiya siyahısı:

Business Analyst

ERP-INTEL" MMC şirkəti olaraq "Business Analyst" vakansiyası aktivdir, ...

ERP İNTEL MMC

26.04.2024 - Bakı

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı

HelpDesk (kiçik mütəxəssis)

BERC Group MMC HelpDesk (kiçik mütəxəssis) vakansiyası üzrə işə qəbul elan edir. ...

BERC Group

29.03.2024 - Bakı