Vergi uçotu üzrə aparıcı mühasib
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Veysəloğlu Şirkətlər Qrupu Vergi uçotu üzrə aparıcı mühasib üzrə vakansiya elan edir.

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Vergi uçotu üzrə aparıcı mühasib

İş yeri: Bakı şəhəri, Məhəmmədi qəsəbəsi
İş təcrübəsi: 3 il (Vergi uçotu üzrə 1 il)
Təhsil: Ali təhsil (İqtisadi, Maliyyə)
Yaş həddi: 25-35

İşin Təsviri: Vergi hesabatlarının tərtib edilməsi.

Vəzifə öhdəlikləri:

  • Şəxsi hesab vərəqələrinin gündəlik təqib edilməsi;
  • Vergi, DSMF, Statistika hesabatlarının təqdim olunması;
  • Vergi və digər dövlət qurumları ilə yazışmalar və müzakirələr aparmaq;
  • Vergi və digər məcburi ödənişlərin düzgün hesablanmasını və vaxtında müvafiq dövlət icra strukturlarına köçürülməsini təmin etmək;
  • Vergi planlaması və vergi risklərin azaldılmasına dair işlər aparmaq;
  • Daxili müştərək şirkətlərdən və kənar kontragentlərdən üzləşmə hərəkətlərinin alınması, yoxlanması, üzləşdirilməsi və aktlaşdırılıb təsdiqlənməsini həyata keçirmək
  • Aylıq hazırlanmalı olan ƏDV hesabatına məlumatların yığılması, sistemə işlənməsi və paketlənib vergi orqanına göndərilməsini təmin etmək;
  • Uçot sənədlərinin qanunvericiliyə uyğun formada tərtib edilməsinə nəzarət etmək və uçotun Şirkətin vergi siyasətinə uyğunluğunu təmin etmək;
  • Debitor və kreditorlarla qarşılıqlı üzləşmələrin aparılması;
  • Müqavilələrdə ödəniş şərtlərinin yoxlanılması, bank ödənişlərinin həyata keçirilməsi.

Tələblər:

  • Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə biliklərin olması;
  • ACCA, CIMA və IFRS üzrə biliklərin olması arzu olunandır;
  • Logo Unity proqram biliyinin olması arzu olunandır.
  • Maliyyə sahəsində mühasib/aparıcı mühasib vəzifəsində 3 il (vergi mühasibi olduqda 1 il) iş təcrübəsi.
  • Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
  • Komanda ilə işləmə bacarığının olması;
  • Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq;

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə;
  • Endirimli tibb xidməti;
  • Əmək müqaviləsi.

İş qrafiki:

  • 5 günlük

Müraciət qaydaları:

CV-nizi cv@avtlogistics.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Vergi uçotu üzrə aparıcı mühasib” yazıb göndərməklə müraciət edilir.

Oxşar vakansiya siyahısı:

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə