Qısa məzmun
Ə/h razılaşma yolu ilə. PAŞA Sığorta Hesabatlıq şöbəsinin rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. Bu sahədə azı 5 il iş təcrübəsi olmalıdır.
VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:
- Şirkətin Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (“MHBS”) üzrə yarım-illik və illik maliyyə hesabatlarının hazırlanmasının təmin edilməsi;
- Kənar auditorlarla işlərin koordinasiyası;
- Hesabat prosedurlarını daxili nəzarət tələblərinə və beynəlxalq maliyyə hesabatı standartlarına cavab verən şəkildə icra etmək;
- Daxili hesabat sisteminin inkişaf etdirmək və bu prosesin davamlı təkmilləşdirilməsini təmin etmək;
- Təqdim olunan məlumatların dəqiqliyi, düzgünlüyü və tamlığını təhlil etmək;
- Fəaliyyət istiqamətləri üzrə proqram təminatlarının işlənilməsində və müvafiq proseslərin avtomatlaşdırılmasında bilavasitə iştirak etmək;
- Fəaliyyət istiqamətləri üzrə Şirkətdaxili normativ sənədlərin hazırlanması və yenilənməsini təmin etmək;
- Sənədlərin və ona məlum olan əməliyyatlar və xidməti tapşırıqların məxfiliyinin lazımi səviyyəsinin qorunması;
- Hesabatlıq şöbəsinin işinin qurulması və komandanın inkişafının təmin edilməsi;
- Birbaşa rəhbər tərəfindən verilmiş digər tapşırıqlar (maliyyə təhlilləri, müxtəlif məlumatların toplanılması və s.).
BİLİKLƏR:
- Maliyyə və Mühasibatlıq sahəsində ali təhsil;
- Dil bilikləri: Azərbaycan, rus və ingilis dillərini yaxşı bilmə;
- Ümumi qəbul olunmuş mühasibat prinsipləri və qaydaları, beynəlxalq maliyyə menecmenti və iqtisadi prinsiplər üzrə nəzəri biliklər;
- Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
- Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq
TƏCRÜBƏ:
- Bu sahədə azı 5 il iş təcrübəsi
- Böyük dördlük” şirkətlərində 2-3 illik iş təcrübəsi olanlara üstünlük veriləcək
BACARIQLAR:
- Məsuliyyətlilik, dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
- Vəzifə öhdəlikləri üzrə mövqeyini izah və müdafiə etmək bacarığı;
- Komandada işləmə bacarığı;
- Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...