Qısa məzmun
Ə/h razılaşma yolu ilə. PAŞA Sığorta Vergi üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə və Öhdəliklər:
- AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinə aylıq, rüblük, illik hesabatlar və bəyannamələrin hazırlanmasını təmin edir;
- Qanunvericilikdə baş verən müvafiq dəyişiklikləri müntəzəm izləyir, Şirkətin proseslərinin müvafiq qaydada uyğunlaşmasını həyata keçirir;
- Vergi planlaması və vergi risklərin azaldılmasına dair işlər aparır;
- Uçot sənədlərinin qanunvericiliyə uyğun formada tərtib edilməsinə nəzarət edir və uçotun Şirkətin vergi siyasətinə uyğunluğunu təmin edir;
- Vergi və digər məcburi ödənişlərin düzgün hesablanmasını və vaxtında müvafiq dövlət icra strukturlarına köçürülməsini təmin edir;
- Vergi və digər Dövlət qurumları ilə yazışmalar və müzakirələr aparır;
- Müasir hesablama texnikası / proqram təminatından istifadə edərək proqressiv forma və üsulların işlənib hazırlanması və tətbiq edilməsində iştirak edir;
- Sənədlərin, ona məlum olan əməliyyatlar və xidməti tapşırıqların məxfiliyinin lazımi səviyyəsini qoruyur;
- Birbaşa rəhbər tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirir.
Bilik və göstəricilər:
- Maliyyə, mühasibat uçotu və ya iqtisadi ali təhsil;
- Dövlət qurumlarına aid proqram təminatı ilə sərbəst işləmək bacarığı;
- Mühasibat uçotunun qanunverici bazasını, Vergi, Əmək, Mülki Məcəlləsi üzrə biliklər;
Təcrübə:
- Maliyyə sahəsində vergi mühasibi kimi 2 il iş təcrübəsi;
Bacarıqlar:
- Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- MUP və MS Office, xüsusilə MS Excel üzrə qabaqcıl istifadə bacarıqları
- Dəqiqlik, diqqətlilik, məntiqi və analitik düşünmə tərzi, təşəbbüskarlıq, problemli vəziyyətləri həll etmək qabiliyyəti və komandada işləmək bacarığı;
- Tez qavrama və öz üzərində işləmək qabiliyyəti;
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.
Oxşar vakansiya siyahısı:
Aparıcı mühasib
SUPERFON Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Hajigabul Poultry Farm Company Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
900 — 1100 ₼
1C operatorCamal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
900 — 1100 ₼
1C operatorCamal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis
Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...