Qısa məzmun
Ə/h 400 AZN. Air Cargo Azerbaijan Gömrük işləri üzrə mütəxəssis (Bəyannaməçi) vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Gömrük Bəyannamələrinin tərtib edilməsinə və Gömrük prosesinə nəzarət;
- Gömrükləmə üçün lazım olan sənədləri hazırlamaq və prosesi idarə etmək;
- Tranzit, idxal, ixrac yüklərin sənədlərinin gömrükləməyə qədər hazırlanması;
- Müştərilərə Şirkətin göstərdiyi Gömrük/logistika xidmətləri haqqında ümumi məlumatların təqdim edilməsi;
Namizədə qarşı tələblər:
- Tranzit, idxal, ixrac prosesi və yüklərin gömrüklənməsi barədə ümumi anlayış
- Təhsil: Ali təhsili və yaxud hər hansı texniki təhsili olması arzu olunandır (logistika üzrə təhsil alanlara üstünlük veriləcəkdir);
- Təcrübə: – Logistika və ixrac əməliyyatları sahəsində təcrübə arzuolunandır;
- Ümumi fərdi keyfiyyətləri: İşdə məsuliyyətli, dəqiqlik, operativlik, kollektivdə işləmə bacarığı
- Dürüst, səmimi, təşəbbüskarlıq qabiliyyəti və inkişafa meyllilik
- Yarana biləcək problemləri həll etmə bacarığı və analitik təfəkkür
- Kişi namizədlərə üstünlük verilir
- Dil bilikləri: Azərbaycan dili (əla), Rus və İngilis dilləri bilməsi üstünlükdür.
- Kompüter billikləri: MS Office (Word, Excel, Power Point, Outlook) proqramını bilməli
İş qrafiki:
- Bazar ertəsi – Cümə: 10:00-dan 18:00-dək (lazım olduqda, şənbə yarı iş günü)
İşçiyə təqdim olunacaq:
- Korporativ nömrə;
- Rəsmi qeydiyyat;
- 3 ay sınaq müddəti, bu müddət ərzində iş prosesi öyrədiləcək;
- Maaş 400 azn, işçi növbəti ixtisas attestatı imtahanından uğurla keçərsə, maaş artırılacaq və bonuslar əlavə olunacaq;
- İş ünvanı: Rusel Plaza, Xətai Rayonu, Xətai metrosunun yaxınlığı.
Zəhmət olmasa, CV göndərərkən vəzifənin adını (GÖMRÜK İŞLƏRİ ÜZRƏ MÜTƏXƏSSİS) email-də Mövzu (Subject) bölməsində qeyd edərək career@aircargo.az-a göndərin.
Oxşar vakansiya siyahısı:
Təchizat üzrə mütəxəssis
Universal PRO Təchizat üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
600 — 700 ₼
Xarici satınalmalar üzrə kordinator köməkçisiCamal" LTD Şirkəti Xarici satınalmalar üzrə kordinator köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Satınalmalar üzrə mütəxəssis
Zəfər Bağları” MMC Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
600 — 700 ₼
Xarici satınalmalar üzrə kordinator köməkçisi"Camal" LTD Şirkəti Xarici satınalmalar üzrə kordinator köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...