İnşaat yoxlama (audit) və tenderlər müdiri
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Azərsun holding İnşaat yoxlama (audit) və tenderlər müdiri vəzifəsi üzrə vakansiya elan edir.

Namizədə aid tələblər:

  • İnşaat mühəndisliyi və ya memarlıq sahəsində ali təhsili olmalı;
  • Müvafiq sahəyə uyğun ən azı 10 il iş təcrübəsinə sahib olmalı;
  • AutoCAD, 3ds Max, Archicad, Photoshop, CorelDroaw proqramlar ilə işləyə bilmə bacarığı olmalıdır.

İş haqqında məlumat:

  • İnşaat layihə sisteminin sənədləşməsinə nəzarət etmək və onu inkişaf etdirmək;
  • Lazımi planlama və organizəni təmin etmək;
  • Keyfiyyət siyasətinin bütün işçilər tərəfindən mənimsənilməsi ilə bağlı işlərdə bu siyasətin vacibliyinə uyğunlaşmanın təmin edilməsi;
  • Nəzərdə tutulmuş elektrik və mexanik işləri ilə inşaat işləri arasındakı uyğunsuzluqları həll etmək;
  • Keyfiyyət sistemi sənədləşməsinə nəzarət etmək;
  • İnşaat layihə yoxlanılması işçilərinə nəzarət emək;
  • Lazım gəldikdə, firma daxili və firmadan kənar iclaslarda iştirak edərək sahədə mövcud olan və ola biləcək problemlərin dəqiqləşdirilməsi və üst rəhbərliyə təqdim ediləcək qabaqlayıcı tədbirlər almaq;
  • Görülən xidmətlərlə bağlı lazımi raportları hazırlamaq;
  • Görülməsi davam edən işlərdə yoxlama və audit xidmətlərini həyata keçirtmək, keçici və dəqiq qəbul işlərini yerinə yetirmək;
  • Hazırlanmış metraj cədvəlləri, kəşf və təqibçi siyahıları, qiymət analizi, texniki şərtlər və protokolları nəzərdən keçirtmək və araşdırmaq;

Smeta üzrə:

  • Hazırlanmış metrajları yoxlamaq (nəzərdən keçirmək);
  • Smeta əlavələrinin, müqavilə, bağlı layihələrin tutarlılığının və əskiksizliyinin yoxlanılması və maliyyə analizinin edilməsi;

Tender üzrə:

  • Dizayn və tətbiq arasındakı uyğunsuzluqların qarşısını almaq üçün layihə ofisləri tərəfindən təmin edilən çertyojlar, texniki şərtlərin və digər sənədlərin yoxlanılması;
  • Smetanın çertyoj və digər şərtlərlə və sənədlərlə uyğunluğunu yoxlamaq və ona nəzarət etmək;
  • Xüsusilə böyük işlərdə, işlə bağlı mövzuları aidiyyatı podratçılara bildirmək və işi başa düşdüklərindən əmin olmaq;
  • İnnova podratçı seçimi təlimatına əsasən qiymət təklif və tələbinin bütün aidiyyatı podratçılara göndərilməsi və təkliflərin alınmasına nəzarət etmək;
  • Tender iclaslarında və qiymət alınmasında (ən uyğun variantın seçilməsində) iştirak etmək;
  • Hazırlanmış qiymət qarşılaşdırılmasını yoxlamaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini cv@azersun.com elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“İnşaat yoxlama (audit) və tenderlər müdiri”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

Oxşar vakansiya siyahısı:

Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)

PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

PASHA Bank

07.05.2025 - Bakı

Mühasib

Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

07.05.2025 - Bakı