Qısa məzmun
Ə/h razılaşma yolu ilə. AFB Bank Nəzarət sahəsi üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşüncə qabiliyyəti olmalıdır.
Vəzifə: Menecer
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Ali təhsil (iqtisadiyyat, maliyyə);
- Nəzarət, audit və ya risk sahəsində 3 illik iş təcrübəsi;
- Mükəmməl Azərbaycan dili biliyi (Rus və İngilis dili biliyi arzuolunandır );
- Bank fəaliyyətinə dair Azərbaycan Respublikasının normativ hüquqi aktları üzrə biliklər;
- Bank əməliyyatları ilə bağlı dərin nəzəri və praktiki biliklər;
- Güclü MS Office – Excel bilikləri, böyük məlumat bazası ilə işləmək bacarığı;
- Təhlil etmək, risk yönümlü yoxlama aparmaq üzrə bacarıqlar;
- Analitik düşüncə qabiliyyəti, dəqiqlik, təşəbbüskarlıq;
- Məsuliyyət, gərgin iş rejimində işləmək bacarığı, ünsiyyət qurmaq qabiliyyəti, komandada işləmək bacarığı;
İŞİN TƏSVİRİ:
- Rəhbərlik etdiyi Nəzarət sahəsinin işini planlaşdırılmaq, təşkil etmək və nəzarəti həyata keçirmək;
- Tabeçiliyində olan əməkdaşların işini planlaşdırmaq, onların fəaliyyətini qiymətləndirmək;
- Daxili nəzarət sistemlərini təkmilləşdirmək, həmçinin sistemin effektivliyinin artırılması üçün tövsiyələr vermək;
- Bankın daxili qayda və prosedurlarının Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğunluğunu yoxlamaq;
- Bankın strukturlarında fəaliyyətin bankdaxili qayda və prosedurlara uyğunluğunu təftiş etmək;
- Müştəri Xidmət strukturları tərəfindən aparılan əməliyyatları dövrü olaraq məsafədən və səyyar yoxlamaq;
- Aparılan yoxlamalar zamanı dələduzluq (fraud) hallarını aşkarlamaq;
- Nəzarət sahəsi üzrə görülmüş işlər barədə təqdimat və hesabatlar hazırlamaq;
- Bankın və nəzarət tənzimləyici orqanların tələblərinə əsasən hesabatların hazırlanması, təhlili və təqdim edilməsi.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Nəzarət sahəsi üzrə menecer” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...