Zootexnik
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. A+Co MMC Zootexnik vəzifəsi üzrə vakansiya elan edir. Nahar Şirkət tərəfindən təmin olunur.

Tələblər:

  • Uyğun sahə üzrə ali təhsil;
  • Yaş həddi: 25-55
  • Zootexnik kimi ən azı 3 il iş təcrübəsi;
  • Rus dili biliyi arzuolunandır;

Vəzifə öhdəlikləri:

  • Heyvandarlıq məhsulları istehsalını artırmaq və keyfiyyətini yüksəltmək üçün bütün zootexniki tədbirləri həyata keçirmək;
  • Ətlik heyvanların saxlanma şəraitini müəyyənləşdirmək və təkmilləşdirmək;
  • Heyvanların məhsuldarlığının uçotunu aparmaq;
  • Günlük yem sifarişini anbara vermək, gündəlik fərdi və qrup halında yem payını tərtib etmək, yemlənmənin düzgün yerinə yetirilməsinə nəzarət etmək;
  • Yem rasionları tərtib etmək və tətbiq etmək;
  • Yemlərin vaxtında toplanması, daşınması, düzgün saxlanması, istifadəsi və yemləmə üçün hazırlanmasını təşkil etmək;
  • Maldarlıq fermalarında kompleks mexanikləşdirmə işlərinin təşkili, xəstəliklərə qarşı profilaktiki tədbirlərin görülməsi işlərini qismən təşkil etmək;
  • Ətin keyfiyyətinin, yağlılıq dərəcəsinin müəyyən edilməsi işlərini təşkil etmək;
  • Fermada uçot və hesabatın düzgün aparılmasına, mal-qaranın diri çəkisinin, köklük dərəcəsinin və miqdarının dəqiq təyinini müəyyənləşdirmək;

İş şəraiti:

  • İş yeri: Pirəkəşkül qəsəbəsi;
  • İş qrafiki: 6 günlük .
  • Yatılı qalma və gündə 3 dəfə olmaqla qidalanma şəraiti;
  • Nahar Şirkət tərəfindən təmin olunur;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Zootexnik” yazaraq hr@aplusco.az ünvanına göndərilməsi xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Fəhlə

CMT Group MMC Fəhlə üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

450₼
Xadimə

CMT Group MMC Xadimə üzrə vakansiya elan edir. ...

CMT Group MMC

24.04.2024 - Bakı