Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Kontakt Home Müştərilərlə əlaqələr üzrə mütəxəssis (CRM) vəzifəsi üzrə vakansiya elan edir. Digital yönümlü olmalıdır.
Vəzifə öhdəlikləri:
- Müştəri bazasına Email və Push göndərişlər hesabına gəlirin artırılması;
- Davranışa uyğun olaraq istifadəçilərin seqmentasiyası;
- Statistik məlumat bazası, onların təhlili və seqmentasiyası istiqamətində mütəmadi iş aparmaq;
- Hədəf auditoriyasının təhlili əsasında kommunikasiya planının hazırlanması;
- Nəzəriyyələrin düşünülməsi və yoxlanılması, A/B testlərinin aparılması və onların əsasında qərarların qəbul edilməsi;
- Müştərilərin davranış yollarının mükəmməlləşdirilməsi (customer journey map);
- Natamam sifarişlərin konversiya faizini artırmaq;
- Hesabatların hazırlanması, planlama və proseslərin təhlili;
- Müxtəlif parametrlər üzrə müştəri bazasının təhlili və seqmentasiyası;
- Təkrar və yeni sifarişlərin artırılması istiqamətində iş aparmaq.
Tələblər:
- Ali təhsil;
- Azərbaycan və rus dillərini bilməli;
- Uyğun vəzifə üzrə iş təcrübəsi – 3 ildən az olmayaraq;
- Email və Push göndəriş servisləri və CRM sistemləri ilə iş təcrübəsi;
- Effektivliyin dəyərləndirilməsi üzrə əsas göstəriciləri bilməli (Open Rate, Bounce Rate, Conversion Rate);
- CRM sistemlərinin inteqrasiyası və quraşdırılmasında təcrübənin olması arzuolunandır;
- Biznes proseslərin yaradılması və avtomatlaşdırılması üzrə iş təcrübəsi;
- Təşkilatçılıq, planlaşdırma qabiliyyəti və büyük məlumat həcmi ilə iş bacarığı;
- Məsuliyyət, analitik və sisitematik düşüncə tərzi;
- Digital yönümlü olmalı.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş günləri: I-V günlər, istirahet günü: şənbə, bazar
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Müştərilərlə əlaqələr üzrə mütəxəssis (CRM)” qeyd edərək CV formasını hr@kontakt.az elektron ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Müştərilərə xidmət üzrə əməliyyatçı
Invest AZ QSC Müştərilərə xidmət üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir.. ...
Çağrı mərkəzi üzrə operator
İnci Group of Companies Çağrı mərkəzi üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...
600₼
Animator-KuryerƏmək haqqı: 600Azn+bonus. Supertoys Animator-Kuryer vəzifəsi üzrə vakansiya elan edir. ...