Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Autolux Azerbaijan LLC Satış müdiri (Avto satış FCA brendi üzrə) vəzifəsi üzrə vakansiya elan edir.
İş vaxtı qrafik üzrə müəyyən olunur
Namizədə olan tələblər:
- Rus-dili biliyi ;
- İngilis-dili biliyi;
Vəzifə öhdəlikləri:
- Şirkətin satış planına uyğun olaraq tələblərinə cavab vermək üçün işçilər arasında iş bölgüsü aparmaq, iş qrafiklərini və ya işçilərin iş rejimini planlaşdırmaq;
- İş vaxtının səmərəli istifadəsi məqsədi ilə iş yerində işçi heyəti və ya stajçılar üçün təhsil sisteminin tətbiqi və onların inkişafını planlaşdırmaq;
- İşçiləri iş planı barədə məlumatlandırmaq və satış planlarının icrası məqsədi ilə onların işini təşkil etmək;
- Nümayış salonlarında SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) normalarına riayət olunmasını təmin etmək;
- Tabeçilikdə olan işçilərin əmək intizamına riayət etməsinə, funksional öhdəliklərin yerinə yetirilməsinə, korporativ normaların izlənməsinə, müştərilərin idarə olunmasına və müştərilərə xidmətə nəzarət etmək;
- Tabeçilikdə olan işçilərin işini təhlil etmək, onların peşəkar imkanlarının qarşıya qoyulan məqsəd və tapşırıqlara uyğunluq səviyyəsini müəyyən etmək;
- Satış departamentinə yeni işçilərin seçilməsində, işə götürülməsində, təlimlərin təşkil edilməsində, qiymətləndirilməsində iştirak etmək və məsləhətlər vermək;
- Satış departamentinin yeni işçiləri üçün adaptasiya planı hazırlamaq və onun icrasına nəzarət etmək;
- Şirkətin qəbul etdiyi formada büdcə hesabatlarının hazırlanmasına nəzarət etmək və büdcəni idarə etmək;
- İşçilərin yeni avtomobil modelləri barədə biliklərini müntəzəm olaraq yeniləmək;
- İşçilərin müvafiq geyim normalarına riayət etmələrinə nəzarət emtək;
- İşçilərin attestasiyasının keçirilməsində iştirak etmək;
- İşçilərin məzuniyyət qrafiklərini tərtib etmək və aidiyyəti şəxslərlə razılaşdırmaq;
- Əmək qanunvericiliyinə əsasən və təyin edilmiş qaydada həvəsləndirmə tədbirləri həyata keçirmək;
- Qüvvədə olan əmək haqqı formaları və sistemlərinə müvafiq olaraq işçilərin mükafatlandırılmasını təmin etmək;
- Şirkətin satış və marketinq fəaliyyətini idarə etmək;
- Müştərilər gəlməyən vaxtlarda məhsullar, satış texnikası, kommunikasiya bacarıqları və s. sahəsində əməkdaşların biliklərinin monitorinqini həyata keçirmək;
- Avtomobil modellərin sifarişində iştirak etmək, qəbul olunma prosesini təşkil etmək, malı qəbul etmək və qaimələri imzalamaq (və ya hesabat aparmaq);
- Malı müşayiət edən sənədin (sertifikat, pasport) olub olmadığını və etibarlılıq müddətini yoxlamaq, çatışmazlıqlar aşkar olunduqda aidiyyəti şəxslərə məlumat vermək;
- İllik satış planının hazırlanmasında iştirak etmək və həyata keçirmək;
- İllik satış və təşviqat proqramı hazırlamaq;
- Satışın və xalis gəlirin həcmini maksimum səviyyədə artırmaq məqsədi ilə gündəlik satış və xərclər barədə məlumatları təhlil etmək, digər zəruri maliyyə təhlilləri aparmaq;
Tələblərə uyğun olmayan və “Subject” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” – lərə baxılmayacaq.
Oxşar vakansiya siyahısı:
Satış meneceri
Uragan-Group Satış menceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Korporativ satış meneceri
Mətanət A Şirkətlər Qrupu Korporativ satış meneceri vəzfifəsi üzrə vakansiya elan edir. ...
Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə vəzifəsi üzrə vakansiya elan edir. ...
Satış təmsilçisi
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...