Qısa məzmun
Ə/h 400 AZN . As Prof Konsaltinq MMC Telemarketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. Rus və İngilis dilləri arzu olunandır.
Vəzifə üzrə əsas öhdəliklər:
- Potensial müştərilərə telefon görüşlərini həyata keçirir,
- Telefon vasitəsi ilə şirkətin xidmətini müştərilərə təklif edir,
- Satışın və müştəri portfelinin artması istiqamətində yeni təkliflər verir,
- Yeni müştərilərin axtarışını təmin edir,
- Bazarın araşdırılmasında rəhbərliyə yardım edir, rəqib şirkətlər haqqında məlumatlar toplayır,
- Müştərilərin kredit müraciətlərini təhlil edir,
- Müştərilərə lizinq məhsulları barədə məlumat verir,
- Yüksək səviyyədə müştəri xidmətinin təmin olunmasını təmin edir.
Namizədə aid tələblər:
- Xanım namizədlər (yaş 20-35), kişi namizədlər (yaş 20-28), xanım namizədlərə üstünlük veriləcək,
- Ali təhsil,
- Azərbaycan dili sərbəst, Rus və İngilis dilləri arzu olunandır,
- MS office proqramları bilikləri,
- Müvafiq olaraq bu sahədə ən azı 1 il iş təcrübəsi,
- Müştəri ilə ünsiyyət qurmaq bacarığı mütləqdir,
- Ofis proqramlarıyla sərbəst işləmək bacarığı,
- İşdə dəqiqlik və detallarla fikir vermək,
- Danışığı səlist və özünəinamlı,
- Maliyyə sektorunda işləyənlərə üstünlük verilir.
İş vaxtı: Bazar ertəsi – Cümə, 10:00-dan 19:00-dək (nahar 13:30 – 14:30)
Şənbə – 10:00 – 15:00
Əmək haqqı: 400 AZN.
Əmək haqqına əlavə : Bonus + portfel % + hədəfə çatıldıqda yüksək məbləğdə mükafat
Vakansiya ilə maraqlanan namizədlər şəkilli CV-ni hr@asprof.az. elektron ünvanına, vəzifənin adını qeyd etməklə göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
1st Fitness Qeydiyyatçı vəzifəsi üzrə vakansiya elan edir. Nahar yeməyi şirkət tərəfindən ödənilir. ...
Kontakt Home Əlavə xidmətlər üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...
Embafinans, ...
Unibank Kommersiya Bankı Ümumi işlər üzrə könüllü ( Region filialları üzrə ) vəzifəsi üzrə vakansiya elan edir. ...