Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Avrora İstehsal və İnvertar üzrə Kiçik Mühasib vəzifəsi üzrə vakansiya elan edir. Tibbi Sığorta ilə təminat olunur.
Vəzifə öhdəlikləri:
- İstehsal sahələri tərəfindən yazılmış əməliyyatların mütəmadi olaraq sistemdə yoxlanılması və plandan kənarlaşmaların aşkar edilməsi;
- İstehsal əməliyyatlarının maliyyətinin hesablanması;
- İstehsal xərclərinin bölüşdürülməsi;
- Anbar qalıqlarının uçotunun aparılması;
- Məhsullar üzrə reseptura maya dəyərlərinin hesablanması;
- İnventarların hərəkətinə və qalıqlarına nəzarətin həyata keçirilməsi;
- Debitor və kreditorların uçotunun aparılması.
Tələblər:
- Mühasibat uçotu və vergi qanunvericiliyi, İFRS üzrə mükəmməl biliklərə sahib olmalı;
- Müvafiq sahə üzrə sertifikatları olmalı;
- Mühasibat qaydaları, vergi qanunvericiliyi, Əmək qanunvericiliyi, Beynəlxalq mühasibat uçotu standartları haqda bilgilərə sahib olmalı.
- Təhsil : İqtisadiyyat, maliyyə və mühasibatlıq sahəsi üzrə;
- İş təcrübəsi : Böyük ticarət şəbəkələrində və ya istehsal sahələrində 3 illik iş təcrübəsi;
- Dil bilikləri : Azərbaycan və rus dillərində səlis danışa bilməli, İngilis dili biliyi üstünlükdür;
- Kompüter bilikləri: MS Office proqramlarından sərbəst istifadə bacarığı (yüksək səviyyədə Excel).
Bizim iş şərtləri :
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri : Bakı şəhəri;
- Nahar şirkət tərəfindən təmin olunur;
- Tibbi Sığorta ilə təminat.
Biz nə təklif edirik :
- Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
- Təlim və inkişaf proqramlarının geniş çeşidi;
- Mükəmməl peşəkar komanda və mehriban mühit;
- Sağlamlıq və həyat sığortası.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “İstehsal və İnvertar üzrə Kiçik Mühasib” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Oxşar vakansiya siyahısı:
AGRO - WEST DC LLC şirkəti Maliyyə nəzarət mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Siyəzən Broyler MMC Mühasib-operator vəzifəsi üzrə vakansiya elan edir. ...
SUPERFON Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
SUPERFON Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...