Qısa məzmun
Ə/h 1000-1500 AZN. Prosys MMC Koorporativ satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. Azərbaycan və rus dillərini əla, ingiliscə yaxşı bilməlidir.
İş barədə məlumat:
- Proqram təminatı həlləri (ERP, DMS və s.) üzrə potansiyal iş imkanlarının araşdırılması və müəyyənləşdirilməsi
- Proqram təminatı həlləri üzrə satış hədəf planı hazırlamaq və bu planı yerinə yetirmək
- Proqram təminatı həlləri üzrə layihə inkişaf etdirilməsi, müştərilər və ya tərəfdaşlarla görüşmək, layihənin büdcəsi və ya maliyəti hazırlamaq
- Proqram təminatı və İKT avadanlıqları üzrə layihə təkliflərini və digər bütün sənədlərinin hazırlanması, satış prosesinin həyata keçirilməsi, tender sənədlərinin hazırlanması və iştirak etmək
- Layihənin satışdan əvvəl vəya sonrası müddət ərzində layihənin və müştəri əlaqələrinin idarə olunması
- Müştərilərlə şirkət və məhsul təqdimatının hazırlanması və keçirilməsi
- İKT avadanlıqları üzrə istehsalçı şirkətlər və partnerlərlə əlaqələrin idarə olunması
- Satış ilə əlaqədar raportun hazırlanması, vəziyyətin qiymətləndirlməsi
- Konfranslarda və seminarlarda iştirak etmək və market trendi haqqında məlumat vermək
- İş vaxtı: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək. istirahet günləri: şənbə, bazar
- Əmək haqqı namizədin bilik, bacarıq və praktik iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq
Namizədə tələblər:
- Minimum 3 il oxşar vəzifədə işləmiş olmaq
- 25-40 yaş arasında olmaq
- Marketinq, İqtisadiyyat, Business management və ya oxşar sahədə ali təhsilin olması
- Azərbaycanda müştəri portfeyi, satış və marketinq bacarıqlarının olması, nəticə yönümlü olmaq
- Proqram təminatları və İKT avadanlıqları üzrə satış təcrübəsinin olması
- ERP proqram təminatları üzrə biznes prosesləri bilmək və tətbiq təcrübəsinin olması
- MS Office, MS Project, CRM, ERP proqramları isitfadə təcrübəsinin olması
- Azərbaycan və rus dillərini əla, ingiliscə yaxşı bilmək
- Komandada işləyə bilmək və yazılı və şifahi ünsüyyət qurma bacarığının olması
- Təşəbbüskar, özünü motivasiya və yaradıcı düşünə bilmək
Qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində “Korporativ Satış Meneceri ” yazaraq CV formasını hr@prosys.az elektron ünvanına göndərməklə müraciət edə bilərlər
Oxşar vakansiya siyahısı:
Absheron Satış üzrə auditor vəzifəsi üzrə vakansiya elan edir. ...
İceland şirkət Regionlar üzrə satış müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Azərbaycan Supermarket MMC Satıcı-kassir vəzifəsi üzrə vakansiya elan edir. ...
Zuleykha Accessories aksesuar mağazalar şəbəkəsi Satış Məsləhətçilərini işə qəbul edir. ...
İnci Group Of Commpanies Merçandayzer ( QUBA ərazisi üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
Atəşgah sığota Pərakəndə SatışSığorta üzrə Sığorta Məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir. ...