Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Veysəloğlu Şirkətlər Qrupu Maddi vəsaitlər üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Nahar ilə təmin olunur.
Şirkət haqqında:
1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020 -ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Vəzifə: Maddi vəsaitlər üzrə mütəxəssis
- İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 1 il iş təcrübəsi
Təhsil: Ali (Mühasibatlıq, ümumi iqtisadiyyat üzrə nəzəri biliklərə malik olmalı)
Yaş həddi: 22 – 30 yaş
Vəzifə öhdəlikləri:
- Yeni alınmış vəsaitləri sistemə daxil etmək və hər bir vəsaitə müvafiq kod təyin etmək;
- Alınmış əsas vəsaitlər üçün istismar müddəti və amortizasiya faizini qəbul olunmuş standartlara əsasən təyin etmək, vəsaitlər haqqında məlumatları sistemə daxil etmək;
- Əsas vəsaitlərin cari (3 aydan bir), illik (il sonu) və növbədənkənar inventarizasiyasını aparmaq və vəsaitlərdən məsul şəxslərə akt şəklində təhvil vermək;
- Əsas vəsaitləri onların sistemdəki koduna uyğun olaraq barkodlamaq;
- Dəftərxana, promosyon, təsərrüfat, vitrin və əsas vəsait anbarında aylıq sayımlar həyata keçirmək, nəticələri barədə birbaşa rəhbərinə və mühasibatlıq şöbəsinə məlumat vermək;
- Əsas vəsaitlər üzrə yerdəyişmələrə nəzarət etmək, hər bir yerdəyişmə üzrə təhvil-təslim aktı tərtib etmək;
- İstifadəsiz vəsaitlər barədə aylıq olaraq aparıcı mütəxəssisə məlumat vermək;
Tələblər:
- Analitik düşünmə və problemləri həll etmə bacarığı;
- MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı;
- Logo Tiger və ya digər ERP proqram bilikləri;
- Hesabat və təqdimat bacarıqları;
- Tapşırıqların yerinə yetirilməsində operativ, məsuliyyətli olmalı;
- Komanda ruhuna malik, həvəsli və enerjili olmaq;
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
İş qrafiki: 5 günlük
Müraciət qaydaları: recruitment@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Maddi vəsaitlər üzrə mütəxəssis” yazaraq CV göndərməklə müraciət edilir.
Oxşar vakansiya siyahısı:
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...