SEO üzrə ekspert
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Azərbaycan Beynəlxalq Bank SEO üzrə ekspert vəzifəsi üzrə vakansiya elan edir. SEO və SEM üzrə minimum 1 il iş təcrübəsi olmalıdır.

“ABB” ASC Marketinq departamentinə Rəqəmsal marketinq şöbəsinə SEO üzrə ekspert vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Görəcəyiniz işlər:

  • Müvafiq veb saytlar üzrə təkmilləşdirmə və optimallaşdırma işlərinin aparılması üçün təhlillərin hazırlanması;
  • Rəqiblərin analizi, sahə üzrə əsas açar sözlərin müəyyənləşdirilməsi və bu sözlər əsasında veb saytların SEO strategiyasının qurulması;
  • SEO uyumlu mətnlərin hazırlanmasına və sayta yerləşdirilməsinə nəzarət;
  • SEO üçün ən yaxşı təcrübələrin düzgün tətbiqi üzrə veb tərtibatçılar və marketinq qrupları ilə işlərin sıx qurulması;
  • Link Building” strategiyasının qurulması və inkişafı

Bizim üçün ideal namizəd:

  • SEO və SEM üzrə minimum 1 il iş təcrübəli;
  • Google Analytics ilə tam şəkildə işləmə bacarığına malik;
  • Strateji düşünmək və problemləri həll etmək qabiliyyətinə malik;
  • Komanda daxilində və müstəqil olaraq işləməyi bacaran;
  • Təşkilatçılıq, vaxtı idarəetmə və analitik bacarıqlara sahib.

Axtardığımız ideal namizəd sizsinizsə CV-nizi  cv@ibar.az elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “SEO üzrə ekspert” şəklində göstərilməsi xahiş edilir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Oxşar vakansiya siyahısı:

2000 — 3000 ₼
Marketinq Direktoru

Super Toys Marketinq Direktoru üzrə vakansiya elan edir. ...

Super Toys

26.04.2024 - Bakı

Marketinq üzrə mütəxəssis

AZBADAM MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azbadam MMC

08.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı