Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Superfon Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi biliklər tələb olunur.
Şirkət haqqında:
2008-ci ildə əsası qoyulmuş SUPERFON şirkətinin əsas fəaliyyət istiqaməti Mobil Telefon, Aksesuar və Ehtiyyat hissələrinin Azərbaycanın əksər şəhər və regionlar üzrə satışının həyata keçirilməsindən ibarətdir. Əgər siz də, fəaliyyət sektorunun lideri olan bir şirkətdə öz karyeranızı qurmaq və ya davam etdirmək iştəyirsinizə, sizləri peşakar komandamıza qoşulmağa dəvət edirik.
İş yeri: Bakı şəhəri (Əhməd Rəcəbli, Turan İş Mərkəzi)
İş təcrübəsi: Sahə üzrə min. 2 il
Təhsil: Ali
Yaş həddi: 26 və ya üzəri
Vəzifə öhdəlikləri:
- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkil və nəzarəti;
- Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini, aylıq, rüblük və illik Vergi hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi;
- Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtibi və nəzarəti;
- Mühasibatlıq modulu üzrə gündəlik əməliyyatların 1C proqramına daxil edilməsinə nəzarət;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması, müvafiq yazışmaların aparılması və şəxsi vərəqə ilə işləmək;
Tələblər:
- Mühasibat uçotunun milli və beynəlxalq standartları üzrə biliklər;
- Vergi Məcəlləsi üzrə biliklər;
- MS Office (xüsusilə Excel), 1C 8.3
Əmək haqqı: Bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.
Müraciət qaydaları:
CV-nizi hr@superfon.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Əmək haqqı hesablanması üzrə aparıcı mütəxəssis” “Aparıcı mühasib” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.
Oxşar vakansiya siyahısı:
PASHA Insurance Vergilər üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Sumqayıt şəhəri üzrə Kiçik və Orta Biznes Kreditləri sahəsində təcrübə proqramı vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h razılaşma yolu ilə. Xalq Bank Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...