Qısa məzmun
Ə/h 800-1000 AZN. Faraon MMC Mühasib vəzifəsi üzrə vakansiya elan edir. Namizədin rus və İngilis dilini bilməsi arzuolunandır.
Namizədə olan tələblər :
- Müvafiq sahədə minimal 3 il iş təcrübəsi;
- AR Vergi Məcəlləsini yüksək səviyyədə bilməli;
- İqtisadiyyat, Mühasibatlıq və ya Maliyyə-kredit üzrə ali təhsil;
- MS Office, 1C 8.2, 8.3 ;
- Şəxsi keyfiyyətlər : stresədavamlı, liderlik xüsüsiyyətləri olan, təşəbbüskar, analitik düşüncə tərzi, pozitiv iş münasibətləri qura bilən, dəqiq və məsuliyyətli;
- Azərbaycan dili (Rus və İngilis dili bilmək arzuolunandır);
İcra edəcəyi əmək funksiyaları:
- Mühasibatlıq modulu üzrə 1C əməliyyatlarının aparılması
- Elektron qaimə-fakturaların və elektron vergi hesab-fakturalarının hazırlanması
- Ödəniş tapşırıqları və ya internet banking vasitəsilə ödənişlərin həyata keçirilməsi
- İdxal olunmuş malların maya dəyərinin hesablanması
- Əmək haqqı, məzuniyyət və ezamiyyənin hesablanması
- Gəlir və xərc sənədlərinə nəzarət edilməsi
- Vergi hesabatlarının hazırlanması
- Maliyyə hesabatlarının hazırlanması
- Məcburi dövlət sosial sığortası haqqında hesabatların hazırlanması
- Statistika hesabatlarının hazırlanması
İş vaxtı : 09:00 – 18:00
Əmək haqqı 800-1000 AZN
Namizədlər cv – lərini hr97.office97@gmail.com elektron ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...
Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...
“Az Protein Foods Group” MMC Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...