Satış meneceri
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. AGA Group Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. Komandada işləmək bacarığı olmalıdır.

Satış meneceri

AGA Group 1994-cü ildə təsis edilmiş və İş Mərkəzlərinin idarəsi sahəsində öncülərdən biri olmuşdur. İlk inşa edilən müəssisə Caspian Business Center (1998-ci il) olmaqla, bu gün texnologiya (“Bravo Online Systems” MMC) sahəsi də daxil olmaqla bir çox istiqamətlərdə öz mövqeyini daha da gücləndirir. AGA Group-a daxil olan iş mərkəzləri : Demirchi Tower, Caspian Plaza, AGA Center, Ariana Business Park.

Vəzifələr:

  • Şirkətin xidmətlərinin satışını həyata keçirir, yeni müştərilərin araşdırılıb tapılmasını, onlar üçün kommersiya təkliflərinin hazırlanması və müştərilərin cəlb edilməsini həyata keçirir;
  • Əməkdaşlıq edilən, eləcə də əməkdaşlığa yeni cəlb edilmiş müştərilər haqqında (rekvizitləri, fəaliyyət sahəsi, əlaqə vasitələri, maddi-məsul şəxsləri barədə məlumatlar daxil olmaqla) məlumat bazasını yaradır;
  • Daxil olan zəglərə və e-maillərə korporativ qaydada cavab verir;
  • Müştərilərdən daxil olan müraciət və şikayətlərə operativ reaksiya verir, həmçinin Texniki-Təmir və Təmizlik şöbələri ilə müştəriləri əlaqələndirir və nəticələri təqib edir;
  • Müştərilərlə əməkdaşlıq müqavilələrin bağlanması və müddətlərinin izlənilməsini həyata keçirir;
  • Cari işlərin – aylıq müştəriyə çatacaq müxtəlif növ hesab-fakturaların mühasibatlıqdan təhvil alınaraq paylanılmasını həyata keçirir və həmin hesab-faktura ilə bağlı yaranmış problemlərlə bağlı mühasibatlığa məlumat verir;
  • Aylıq olaraq müəyyən olunan mədaxil planına uyğun ödənişlərin yığımını təmin etmək;
  • Şirkətlər tərəfindən binaya gətirilən və çıxarılan malların daşınması icazəsi ilə bağlı inzibatçıya məlumat verir;

Tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat, menecment ixtisası üzrə olması üstünlükdür);
  • İş təcrübəsi: Müvafiq sahədə minimum 3 il;
  • Azərbaycan dilində yüksək səviyyədə danışmaq və yazışmaları aparmaq bacarığı. İngilis dilini bilmək üstünlükdür;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik;
  • Yüksək səviyyədə MS Office proqramları, xüsusilə Excel biliyi;
  • Komandada işləmək bacarığı;

İş yeri: Caspian Plaza

Tələblərə uyğun namizədlər vakansiya@agagroup.az ünvanına daxil olaraq müraciət edə bilərlər. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlər müsahibəyə çağırılacaqdır.

Oxşar vakansiya siyahısı:

1100₼
Satış üzrə Menecer

Ram Solutions MMC Satış üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edur. ...

Ram Solutions MMC

12.05.2025 - Bakı

Satış meneceri

Uragan-Group Satış menceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Uragan Group

08.05.2025 - Bakı

600 — 800 ₼
Satış təmsilçisi

Doğtaş Mebel MMC Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Doğtaş Mebel MMC

08.05.2025 - Bakı

Korporativ satış meneceri

Mətanət A Şirkətlər Qrupu Korporativ satış meneceri vəzfifəsi üzrə vakansiya elan edir. ...

Mətanət A

07.05.2025 - Bakı

Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə

Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə vəzifəsi üzrə vakansiya elan edir. ...

Mətanət A

07.05.2025 - Bakı

Satış təmsilçisi

Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Mətanət A

07.05.2025 - Bakı