Qısa məzmun
Ə/h razılaşma yolu ilə. ATEF Şirkətlər Qrupu Əmək haqqı üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir. Rus və ingilis dillərini bilməlidir.
Şirkət: “ATEF ŞİRKƏTLƏR QRUPU” MMC
İş yeri: Bakı şəhəri, Nərimanov rayonu,
Əmək haqqı:Namizədlə keçirilən müsahibənin nəticələrinə uyğun olaraq müəyyən ediləcəkdir.
İş şəraiti:
- 5 günlük iş həftəsi
- Nahar fasiləsi: 12:00-13:00
- Nahar müəssisə tərəfindən təmin edilir.
İş barədə məlumat:
- İşçilərin aylıq əmək haqlarını hesablamaq;
- Əmək haqqı üzrə müxabirləşmələri vermək və hesabları yoxlamaq;
- Məzuniyyət haqları, xəstəlik vərəqələri üzrə ödəmələri, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişini həyata keçirmək;
- DSMF tərəfindən ödənilən müavinətlərın dövlət elektron sistemində işlənməsini icra etmək;
- Təhtəl-hesab şəxslərlə hesablaşmalar, ezamiyyə haqlarının yoxlanması, hesablanması və ödənişə təqdim edilməsi;
- Sosial sığorta ayırmaları üzrə hesabatın hazırlanması və təqdim olunmasını həyata keçirmək;
- Əmək haqqı ilə bağlı Vergiləri Nazirliyi, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatları hazırlamaq;
Tələblər:
- Maliyyə, vergi və ya mühasibat uçotu sahəsində ali təhsil;
- Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə müvafiq biliklər;
- Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi
- Azərbaycan və rus dili bilikləri (ingilis dili bilənlərə üstünlük verilir);
- Microsoft Ofis (Excel proqramı yüksək səviyyədə) proqramlarında sərbəst işləmə bacarığı;
- İdarəetmə, analitik təhlil və təşkilatçılıq qabiliyyəti.
Namizədin şəxsi keyfiyyətləri:
- Fikrini izah etmək qabiliyyəti;
- Ezamiyyə imkanları;
- Ünsiyyət yaratmaq bacarığı;
- İşə planlı yanaşması;
- Fəal olması və komandada işləmək bacarığı.
Bu vəzifəyə müraciət etmək üçün CV-ni hr@atef.az ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Mal-material üzrə mühasib” Mövzu bölməsində göstərin.
Oxşar vakansiya siyahısı:
AGRO - WEST DC LLC şirkəti Maliyyə nəzarət mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Siyəzən Broyler MMC Mühasib-operator vəzifəsi üzrə vakansiya elan edir. ...
SUPERFON Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
SUPERFON Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...