Qısa məzmun
Ə/h razılaşma yolu ilə. PASHA Bank Büdcələmə və Planlaşdırma şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə öhdəlikləri:
- İllik Büdcə Planlama prosesinin effektiv şəkildə icrasında iştirak etmək
- Departament və şöbələrə xərc büdcənin hazırlanmasında dəstək göstərməsi
- Xərc büdcəsinə gündəlik nəzarət
- Aylıq Plan-Fakt hesabatın hazırlanması və fərqlərin təhlili
- Məlumatın keyfiyyətinə nəzarət və təşkilatın fəaliyyətinin idarə edilməsi üçün düzgün və vaxtında məlumata malik olmasının təmin edilməsi
Tələb olunan bilik, bacarıq və təcrübə:
- Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili
- Tələb olunan iş təcrübəsi: Mühasibatlıq, maliyyə və ya müvafiq sahə üzrə minimum 1-3 il iş təcrübəsi
- Xarici dillər: İngilis (səlis), Rus (arzuolunandır)
- Kompüter bilikləri: Microsoft Office
- Lisenziya/ Sertifikat: ACCA (Sertifikatlaşdırılmış mühasiblər assosiasiyası) və ya ekvivalent sertifikata üstünlük verilir
- Digər:
- Beynəlxalq Maliyyə Hesabatlıq Standartların biliyi
- Büdcə Planlama və fəaliyyətin idarə edilməsinin biliyi
- Yerli Vergi Qanunvericiliyin anlayışı
Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətləri recruitment@pashabank.az elektron ünvanına email-in mövzu hissəsində “Büdcələmə və Planlaşdırma şöbəsinin mütəxəssisi” yazaraq göndərmələri xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Oxşar vakansiya siyahısı:
Mühasib
Güvənli MMC Mühasib vəzifəsi üzrə işçi qəbulu elan edir. ...
Audit
BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...
Komplayens şöbəsinin mütəxəssisi
BOKT “Falcon Finance” MMC (Bakı filialı) Komplayens şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...