Maliyyə Meneceri
vakansiya — 2026

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Zəfər Bağları Maliyyə Meneceri vəzifəsi üzrə vakansiya elan edir.

İş yeri: Ağdam şəhəri

Vəzifə öhdəlikləri:

Əsas Vəzifələr və Öhdəliklər:

  • Maliyyə hesabatlarını və məlumatları təhlil edərək strateji qərarlar üçün tövsiyələr vermək.
  • Şirkətin maliyyə büdcəsini hazırlamaq, xərcləri optimallaşdırmaq və pul vəsaitlərinin səmərəli istifadəsini təmin etmək.
  • Maliyyə risklərini müəyyən etmək və onları ən az səviyyədə saxlamaq yollarını tapmaq.
  • Qanunvericiliyə uyğun olaraq aylıq, illik maliyyə hesabatları və fəaliyyət hesabatları hazırlamaq.
  • Bütün maliyyə əməliyyatlarının və vergi ödənişlərinin qanunvericiliyə uyğun olmasını təmin etmək.
  • Mühasibat uçotunun dəqiq və müntəzəm aparılmasına nəzarət etmək.
  • Maliyyə şöbəsinin ümumi fəaliyyətinə nəzarət etmək.

Namizədə tələblər:

  • Sahə üzrə ali təhsil
  • Minimum 5 il, rəhbər vəzifədə minimum 2 il
  • Maliyyə sektorunda planlama, analiz və idarəetmə üzrə təcrübə
  • Vergi qanunvericiliyi, maliyyə qaydaları və standartları haqqında dərin məlumat.
  • MS Excel (yüksək səviyyə).
  • 1C proqramı maliyyə modulları ilə işləmək bacarığı.
  • Kənd təsərrüfatı sektorunda fəaliyyəti üstünlükdür
  • Analitik düşüncə və problem həll etmə qabiliyyəti.
  • Dəqiqlik və yüksək məsuliyyət hissi.
  • Ünsiyyət və komanda ilə işləmək bacarığı.

İş şəraiti:

  • İş saatı: 09:00-18:00 (Bazar ertəsi – Cümə)
  • Nahar şirkət tərəfindən təmin edilir
  • Bərdə və ya Ağdam şəhərində yaşayış yeri şirkət tərəfindən təmin edilir
  • İş yeri: Ağdam şəhəri
  • Əmək haqqı ştat cədvəlinə uyğun olaraq

CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Maliyyə meneceri” başlığı ilə göndərə bilərsiniz.

Qeyd: Yalnız vakansiyaya uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

699₼
Mühasib

Uragan Group MMC Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Uragan Group MMC

19.01.2026 - Bakı