Qısa məzmun
Əmək haqqı 1500-1800 AZN. Do IT MMC Sistem administratoru vəzifəsi üzrə vakansiya elan edir.
Öhdəliklər:
- Elektron sənəd dövriyyəsi sistemi və komponentlərinin quraşdırılması, yenilənməsi, miqrasiyası və dəstəklənməsi (Docs5, PostgreSQL, Keycloak, Vault, ElasticSearch, Kibana, CollaboraOnline)
- Xətaların analizində iştirak.
- CI/CD idarəetməsi.
- Proqramçılarla əməkdaşlıq və koordinasiya.
- İnfrastrukturun optimallaşdırılması və avtomatlaşdırılması üzrə təkliflərin hazırlanması.
- Texniki sənədlərin hazırlanması.
Tələblər:
- Yaş: 20-40
- Təhsil: Ali
- İş təcrübəsi: Sistem administratoru, mühəndis, DevOps və ya SRE kimi minimum 1-2 il təcrübə
- Dil bilikləri: Azərbaycan dili və Rus dili mütləqdir.
Texniki Bacarıqlar (Hard Skills):
İnfrastruktur və Administrasiya
- Linux (Ubuntu, RHEL) üzrə güclü biliklər – Servis idarəetməsi, Şəbəkə konfiqurasiyası, access və logların idarə edilməsi
- Şəbəkə texnologiyaları: TCP/IP, DNS, DHCP, NAT, VPN, Firewall.
- High Availability, Load Balancing və dayanıqlı klaster prinsipləri.
- nginx ilə işləmə bacarığı.
- Keycloak və ya Red Hat SSO biliyi.
- HashiCorp Vault biliyi.
- S3/Blob Storage ilə işləmə bacarığı.
- Texniki sənədləşmə təcrübəsi.
- Windows Server administrasiyası (arzuolunandır).
Avtomatlaşdırma və CI/CD
- CI/CD alətləri ilə təcrübə: Harbor, GitLab CI, GitHub Actions, Jenkins,Azure DevOps və s.
- Yığım, test və deploy üçün pipeline-ların yazılması.
- Skript dilləri: Bash, PowerShell, Python.
Konteynerləşdirmə və Orkestrasiya
- Docker: Compose deploy, Image yaradılması, Dockerfile optimallaşdırılması, Konteynerlərin idarə edilməsi
- Kubernetes (arzuolunandır): Deploy, Konfiqurasiya, Helm, Monitorinq, Secrets və ingress
- Service Mesh (Istio/Linkerd) – arzuolunandır.
İnfrastruktur kimi Kod (IaC) (Arzuolunandır)
- Terraform -infrastrukturun idarə edilməsi.
- Ansible – konfiqurasiyaların avtomatlaşdırılması.
- CloudFormation/Pulumi biliyi – üstünlükdür.
Monitorinq və Loqlama
- ELK / Kibana ilə təcrübə.
- Prometheus + Grafana (arzuolunandır).
- Zabbix, VictoriaMetrics (arzuolunandır).
- Alerting konfiqurasiyası (arzuolunandır).
Təhlükəsizlik (DevSecOps)
- TLS, sertifikatlar və açarların idarə olunması.
- CI/CD və konteyner mühitlərinin təhlükəsizlik praktikasının bilinməsi.
- Zero Trust və Least Privilege prinsipləri.
Yumşaq bacarıqlar:
- Proqramçılar, analitiklər və layihə menecerləri ilə komandada işləmək bacarığı.
- Sistemli düşüncə və RCA (Root Cause Analysis) aparmaq bacarığı.
- Müstəqil işləmək və təşəbbüskarlıq.
- Agile/Scrum proseslərini anlama.
- Qərarların və konfiqurasiyaların sənədləşdirilməsinə hazır olmaq.
İş şəraiti:
- Ünvan: Passage 1901, Nigar Rəfibəyli küç.12
- Əmək haqqı: 1500-1800, namizədin bilik və bacarıqlarına əsasən təyin ediləcək.
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Sistem admini” başlığını qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.