Qısa məzmun
Hajigabul Poultry Farm Company Nəzarətçi vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
Təhkim olunmuş Bölmənin istehsalat prosesinə ümumi rəhbərlik etmək, bölmədə istehsal planının vaxtında və keyfiyyətlə icrasını təmin etmək;
- İstehsalın fasiləsiz və təhlükəsiz gedişinə nəzarət etmək;
- İşçilərin düzgün bölgüsünü aparmaq, iş intizamına və əmək təhlükəsizliyinə riayət olunmasını təmin etmək;
- İstehsalat prosesində istifadə olunan avadanlıqların və materialların səmərəli istifadəsinə nəzarət etmək;
- Bölmə üzrə gündəlik, həftəlik və aylıq istehsal hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması;
- İstehsal prosesində yaranan texniki və təşkilati problemlərin vaxtında həlli üçün tədbirlər görmək;
- İşçi heyətin peşəkar inkişafına və komanda işinin gücləndirilməsinə yönəlik təşəbbüslər göstərmək;
- 6 günlük iş rejimi, 1 gün istirahət ;
- Nahar şirkət tərəfindən təmin edilir;
- Servis mövcüddur ( Hacıqabul, Şirvan və Sabirabad rayonlarından servis xidmətimiz fəaliyyət göstərir );
- Əmək haqqı : Müsahibə əsasında
Tələblər:
- Ali və ya texniki təhsil (istehsalat, mühəndislik və ya idarəetmə sahəsində);
- Xanım namizədlərə üstünlük verilir;
- Yaş həddi : 30-50 yaş arası;
- Hacıqabul, Şirvan və Sabirabad rayonlarından müraciət edən namizədlərə üstünlük veriləcəkdir;
- İstehsalat və ya sənaye müəssisəsində bölmə rəhbəri vəzifəsində ən azı 1 illik təcrübə;
- Komanda idarəetmə bacarığı, analitik düşüncə və qərarvermə qabiliyyəti;
- Yüksək məsuliyyət, operativlik və intizam.
Əgər bu vəzifəyə uyğun olduğunuzu düşünürsünüzsə, CV-nizi elektron poçt haciqabulqusculuq.hr@gmail.com ünvanımıza göndərə bilərsiniz .