Qısa məzmun
İceland şirkəti Marketinq şöbəsinin müdiri vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri
- Bazar araşdırmasını həyata keçirmək, bazarda mövcud olan rəqibləri müəyyən etmək;
- Bazar araşdırması və satış təhlilinin yekun nəticələri əsasında istehsalat planı tərtib edərək yeni məhsulların yaradılmasını və bazara çıxarılmasını təmin etmək;
- İllik marketinq strateji planını hazırlamaq;
- İllik marketinq üzrə büdcə planını hazırlamaq;
- Müvafiq müştəri axını kanallarının təhlilini aparmaq;
- Şirkəti kütləvi informasiya vasitələrində təmsil etmək;
- Müştəri məmnuniyyətinin təmin olunması üçün tədbirlər görmək;
- Cəmiyyətin iştirakı olan sərgiləri və tədbirləri təşkilini həyata keçirmək;
- Marketinq təhlil nəticələrinə uyğun yeni reklam kampaniyaları üzrə təkliflər hazırlamaq, təsdiq üçün Rəhbərliyə təqdim etmək;
- Brendin tanınmasını təmin etmək;
- Marketinq şöbəsi üzrə mövcud prosesləri idarə etmək;
- Cəmiyyətin yeni layihələrini Rəhbərlik tərəfindən təsdiq olunmuş ümumi marketinq tədbirlərinə və brend qaydalarına əsasən təşkil etmək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və tam icra etmək.
Vəzifəyə dair tələblər:
- Ali təhsil;
- Ən azı 5 il iş təcrübəsi rəhbər olaraq (Marketinq sahəsində);
- MS Office proqramlarında işləmək bacarığı;
- Azərbaycan/ rus/ ingilis dillərini bilmək;
- İdarəetmə bacarığı, liderlik xüsusiyyətləri, komandada işləmək bacarığı, stressə davamlılıq.
İş şəraiti:
- 6 günlük iş qrafiki
- Nahar və korporativ nömrə ilə təmin edilmə;
- Əmək haqqı razılaşma yolu ilə.
- Ünvan: BİNƏQƏDİ RAYONU, RUSLAN ABDULLAYEV KÜÇƏSİ 21 D, DÖNGƏ 9
Oxşar vakansiya siyahısı:
1000 — 1200 ₼
Rəqəmsal marketing üzrə mütəxəssisRəqəmsal marketing üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
SMM mütəxəssisi
İnci Group of Companies SMM mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...