Qısa məzmun
Aznet Technologies QSC Təchizat üzrə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Yerli və xarici bazarlarda İT avadanlıqları və video-müşahidə cihazları üzrə qiymət araşdırmalarının aparılması və alış prosesinin həyata keçirilməsi
- Tədarükçülərlə danışıqlar aparmaq, ən sərfəli qiymət və şərtləri razılaşdırmaq
- İT bazarında qiymət dəyişikliklərinin və yeniliklərin mütəmadi monitorinqi
- Topdan satış və ixtisaslaşmış satış məntəqələri ilə əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı
- Materialların alınması üçün kotirovka və tender proseslərinin təşkili və icrası
- Sifariş olunan materialların operativ və vaxtında çatdırılmasına nəzarət
- Görülmüş işlərin ERP sistemində qeydiyyata alınması və izlənməsi
- Rəhbərliyin tələblərinə uyğun analitik hesabatların hazırlanması
Namizədə tələblər:
- Ali təhsil (İqtisadiyyat, İnzibati idarəetmə, Biznesin idarəedilməsi və s. sahələr üzrə)
- Azərbaycan dili sərbəst, ingilis və ya rus dillərini yüksək səviyyədə bilmək
- Təchizat və satınalma sahəsində 3–5 il iş təcrübəsi
- MS Office proqramlarında (xüsusilə Excel və Word) işləmək bacarığı
- Yüksək yazılı və şifahi ünsiyyət bacarığı, rəsmi yazışmalar və təqdimatlar hazırlamaq təcrübəsi
- Təchizat sənəd dövriyyəsinin təşkili və aparılması bacarığı
- Satınalma müqavilələrinin tərtibatı üzrə biliklər
- CIPS, CIPP və ya digər beynəlxalq satınalma sertifikatlarına malik olmaq üstünlükdür
Biz təklif edirik:
- Peşəkar inkişaf və karyera artımı üçün imkanlar
- Rəqabətədavamlı əməkhaqqı
- Rahat və dinamik iş mühiti
- Müasir idarəetmə prinsipləri ilə çalışan komanda
İş şəraiti:
- AR Əmək Məcəlləsinə uyğun olaraq sənədləşmə:
- İş qrafiki: Həftə içi 5 gün saat 09:00-18:00
- Nahar: 13:00-14:00
- İstirahət günləri: şənbə, bazar
- Ünvan: Çinar Park Biznes Mərkəzi. 4-cü bina
- Email: cv@az-net.az
- CV göndərilərkən məzmun yerində “Təchizat üzrə Aparıcı Mütəxəssis” qeyd olunması mütləqdir.
Oxşar vakansiya siyahısı:
800 — 1000 ₼
Dövlət Satınalmaları üzrə mütəxəssisAzeridmanservis LLС Dövlət Satınalmaları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...