Alış meneceri
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

AzəriMed QSC Alış meneceri vəzifəsi üzrə vakansiya elan edir.

Tələblər:

  • Təhsil: Ali tibb təhsil arzuolunandır;
  • Təcrübə: Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
  • Kompüter biliyi: MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Dil bilikləri: Azərbaycan, Rus və İngilis dillərində sərbəst ünsiyyət qurmaq bacarığı;
  • İşində dəqiq və məsuliyyətli olmaq;
  • Təhlil etmə bacarığı;
  • Kommunikasiya və komanda daxilində işləmə bacarığı.

Vəzifə öhdəlikləri:

  • Xarici bazardan dərman preparatları, qida əlavələri, kosmetik vasitə və.s. alışının həyata keçirilməsi;
  • İşgüzar və korporativ görüşlərin keçirilməsi və müvafiq danışıqların aparılması;
  • Email vasitəsilə danışıqların aparılması və müqavilənin hazırlanması;
  • Yerli və xarici bazarın araşdırılması;
  • Qiymətlərin analizi,formalaşdırılması və bazaya daxil edilməsi;
  • Görülmüş işlər barədə müvafiq heabatların hazırlanması;
  • Məhsulların son istifadə tarixinə nəzarət edilməsi;
  • Alış prosesində yaranmış problemləri operativ həll etmək;
  • Verilən tapşırıqları vaxtında və keyfiyyətli şəkildə yerinə yetirmək.

İş şəraiti:

  • İş qrafiki: 09:00-18:00
  • Əmək haqqı: 714-889 AZN (Namizədin bilik və bacarıqlarına əsasən dəyişir)

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində  “Alış Meneceri” qeyd etməklə cv@azerimed.com elektron ünvanına göndərmələri xahiş olunur.

Əlavə suallar üçün 055-455-58-70 (WhatsApp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Oxşar vakansiya siyahısı:

Əczaçı

Ə/h 450 AZN . AzəriMed QSC Əczaçı vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

05.11.2025 - Bakı

450₼
Həkim köməkçisi

AzəriMed Həkim köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

29.10.2025 - Bakı

Əczaçı

Ə/h 450 AZN . AzəriMed QSC Əczaçı vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

13.10.2025 - Bakı