Təçhizatçı
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Max Print” MMC Təçhizatçı vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

Tədarükçülərin axtarışı və seçimi:

  • Tikinti materialları bazarının təhlili və etibarlı yerli tədarükçülərin seçilməsi;
  • Məhsul keyfiyyətinin, çatdırılma müddətinin və müqavilə şərtlərinin qiymətləndirilməsi.

Müqavilələrin bağlanması:

  • Tərəfdaşlarla danışıqların aparılması, əməkdaşlıq şərtlərinin razılaşdırılması;
  • Yerli partnyorlarla müqavilələrin hazırlanması və imzalanması.

Satınalmaların təşkili:

  • Tələbatın planlaşdırılması və sifarişlərin formalaşdırılması;
  • İcraata nəzarət, çatdırılmaların izlənməsi və vaxtında təhvil-təslimin təmin olunması.

Keyfiyyətə nəzarət:

  • Materialların standartlara uyğunluğunun yoxlanılması.

Loqistika və daşınma:

  • Yerli çatdırılmaların koordinasiyası;
  • Gömrük prosedurlarına əməl olunması.

Maliyyə nəzarəti:

  • Satınalma büdcəsinin formalaşdırılması və xərclərə nəzarət;
  • Qiymət təhlili və xərc optimallaşdırılması.

Hesabatlılıq:

  • Hesabatların hazırlanması, sənədləşmə və öhdəliklərin icrasına nəzarət.

Daxili şöbələrlə əməkdaşlıq:

  • Loqistika, mühasibatlıq, tikinti və layihə şöbələri ilə sıx əməkdaşlıq.

Tələblər:
Təhsil:

  • Ali təhsil (iqtisadiyyat, loqistika, tikinti və ya əlaqəli sahələr üzrə).

Təcrübə və biliklər:

  • Tikinti materiallarının satınalması sahəsində təcrübə (xarici tədarükçülərlə işləmək üstünlükdür);
  • Xarici iqtisadi fəaliyyət, idxal və beynəlxalq loqistika barədə biliklər;
  • İngilis dili biliyi (digər dillər üstünlükdür);
  • MS Office (xüsusilə Excel) və satınalma idarəetmə proqramlarında sərbəst işləmək bacarığı.

Şəxsi keyfiyyətlər:

  • Məsuliyyətli, diqqətli, təşkilatçılıq bacarığı olan;
  • Böyük məlumat həcmi ilə işləmə bacarığı;
  • Danışıqlar aparmaq və qərar qəbul etmək bacarığı;
  • Komanda ruhu, stresədavamlılıq və çeviklik.

Şərait:

  • Əmək Məcəlləsinə əsasən rəsmi əmək müqaviləsi;
  • İş qrafiki: Bazar ertəsi – şənbə, saat 09:00 – 17:00;
  • Əməkhaqqı: 1500 AZN (NETT);
  • Rahat ofis mühiti, sabit iş yeri və peşəkar kollektiv.

Necə müraciət etməli:
CV-nizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərin. Mövzu sətrində qeyd edin: “Təchizatçı”.
Məsuliyyətli və təşəbbüskar bir mütəxəssisi komandamızda görməkdən məmnun olarıq!

Oxşar vakansiya siyahısı:

1700₼
Təchizat üzrə Aparıcı Mütəxəssis

Aznet Technologies QSC Təchizat üzrə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Aznet Technologies

05.11.2025 - Bakı

800 — 1000 ₼
Dövlət Satınalmaları üzrə mütəxəssis

Azeridmanservis LLС Dövlət Satınalmaları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azeridmanservis LLС

07.10.2025 - Bakı