Qısa məzmun
Aztelco Group MMC Korporativ Satış üzrə Mütəxəssis Vəzifəsi üzrə vakansiya elan edir.
Tabeli qurumlarımızdan biri üçün “Korporativ Satış üzrə Mütəxəssis” axtarışındayıq!
Tələblər:
- Ali təhsil (Marketinq, İqtisadiyyat, Menecment və ya digər əlaqəli sahələr üzrə üstünlük verilir)
- korporativ satış sahəsində minimum 1-3 il iş təcrübəsi (Reklam sahəsində olanlara üstünlük verilir);
- Azərbaycan dili sərbəst, Rus və İngilis dilləri arzuolunandır;
- Effektiv ünsiyyət və təqdimat bacarıqları;
- Aktiv satış və müzakirə aparmaq bacarığı;
- Kompüter bilikləri (MS Office proqramları).
Vəzifə funksiyaları:
- Şirkətin Reklam məhsulları və xidmətlərinin satışını həyata keçirmək , satış planlarını icra etmək və satış hədəflərinə çatmaq;
- Yeni müştərilərin cəlb olunması və mövcud korporativ müştərilərlə əlaqələrin möhkəmləndirilməsi və yaxşılaşdırılması, potensial müştərilər arasında şirkətin reklam məhsullarını və xidmətlərinin yayılması;
- Satışın artırılması üçün mövcud müştərilərlə münasibətlərin qorunması və xidmətlərlə bağlı çarpaz təkliflər hazırlanması;
- Şirkətə müraciət edən müştərinin məlumatlandırılması üçün keyfiyyətli informasiya xidmətinin təqdim edilməsi;
- Korporativ müştərilərə təqdim olunacaq təkliflərlə bağlı təqdimatların hazırlanması;
- Bazar trendlərini izləmək, rəqibləri təhlil etmək və satış strategiyalarının təkmilləşdirilməsi üçün təkliflər vermək;
- Gündəlik, həftəlik və aylıq satış göstəricilərini izləmək, analiz etmək və rəhbərliyə hesabat təqdim etmək;
- Müştərilərin sifarişlərini qəbul etmək, sifarişin yerinə yetirilməsinə nəzarət etmək və müştəri məmnuniyyətini təmin etmək;
- Şirkətin təşkil etdiyi sərgilərdə, təqdimatlarda və kampaniyalarda iştirak etmək və satışın artırılmasına dəstək vermək
- Potensial müştərilərlə aparılan görüş və danışıqların, göndərilən/təqdim olunan təkliflərin, görüş və danışıqların nəticələrinin məlumat bazasında gündəlik olaraq qeyd edilməsi və şöbə rəhbərinə təqdim edilməsi.
Təminat:
- Korporativ nömrə təminatı;
- Görüşlərə qatılmaq üçün nəqliyyat vasitəsinin təmini;
- Push30 platformasına qoşulmaq imkanı;
- Aylıq,rüblük və illik bonuslar;
- Həyat yığım sığortasına qoşulmaq fürsəti.
- Müraciət üçün: CV-nizi “Korporativ Satış üzrə Mütəxəssis” başlığı ilə career@aztelco.az elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.
Oxşar vakansiya siyahısı:
AzəriMed QSC Tibbi Nümayəndə vəzifəsi üzrə vakansiya elan edir. ...
AzeriMed LLC Satış nümayəndəsi vəzifəsi üzrə vakansiya elan edir. ...
Inci Group of Companies LLC Ekspeditor vəzifəsi üzrə vakansiya elan edir. ...
BERC GROUP Korporativ satış şöbəsinin rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
Zuleykha Accessories aksesuar mağazalar şəbəkəsi Satış Məsləhətçilərini işə qəbul edir. ...
189 Taxi Satış Aqenti vəzifəsi üzrə vakansiya elan edir. ...
AzeriMed LLC Məhsul üzrə menecer (Product manager) vəzifəsi üzrə vakansiya elan edir. ...
AzeriMed LLC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Nero Print Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group Of Commpanies Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...
AzeriMed LLC Parfümeriya üzrə satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...