Satış meneceri
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azercosmos Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir.

“Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” Satış departamentinin Yerin müşahidəsi üzrə kommersiya həlləri bölməsinə satış meneceri vakansiyası üzrə işçi qəbulu elan edir!

Əsas funksiyalar:

  • EO kommersiya həlləri üzrə yeni müştərilərin və bazar imkanlarının müəyyən olunması və cəlb edilməsi;
  • Satış planlarının və strategiyalarının hazırlanması, icrası və KPI-lara cavabdehlik;
  • Müştərilərlə kommersiya danışıqlarının aparılması və müqavilələrin bağlanması;
  • Tenderlərdə iştirak və tender sənədlərinin hazırlanmasına dəstək;
  • Mövcud müştərilərlə əlaqələrin idarə edilməsi və inkişafı, upsell və cross-sell imkanlarının reallaşdırılması;
  • Satış fəaliyyəti üzrə mütəmadi hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
  • Daxili departamentlərlə (Marketinq, Maliyyə, Hüquq, CIS və s.) koordinasiyalı işləmək;
  • CRM sistemində satış proseslərinin, müştəri məlumatlarının və layihə statuslarının əlavə olunması və yenilənməsi;
  • Müştəri məmnunluğunu təmin etmək üçün satış sonrası dəstək və əlaqələrin idarə olunması;
  • Müqavilə şərtlərinə uyğun xidmət keyfiyyətinə nəzarət və davamlı təkmilləşdirmə.

Tələblər:

  • Təhsil: Ali təhsil (Coğrafi informasiya sistemləri, idarəetmə, iqtisadiyyat, biznesin təşkili və ya oxşar sahələr üstünlükdür);
  • İş təcrübəsi: 3+ il satış və ya biznesin inkişafı sahəsində təcrübə (EO, telekommunikasiya, İT və ya oxşar texnoloji sahələr üstünlükdür);

Bilik və bacarıqlar:

  • Yüksək səviyyədə satış və danışıqlar aparma bacarıqları;
  • Müştərilərlə uzunmüddətli işgüzar əlaqələrin qurulması və idarə edilməsi;
  • Korporativ maliyyə üzrə fundamental biliklər;
  • Müxtəlif formatda təqdimatlar keçirmək və satış görüşlərini idarə etmək bacarığı;
  • Analitik və tənqidi düşünmə, nəticəyönümlülük;
  • Aktiv satış yanaşması, təşəbbüskarlıq və innovativlik;
  • Komandada işləmək və müxtəlif departamentlərlə əməkdaşlıq bacarığı;
  • Vaxtın idarə olunması və planlaşdırma bacarıqları.

Kompüter bilikləri: MS Office və CRM platformalar.

Dil bilikləri:

  • Azərbaycan dili (sərbəst danışmaq və yazmaq səviyyəsində);
  • İngilis dili (sərbəst danışmaq və yazmaq səviyyəsində).

İş qrafikı:

  • İş qrafiki : Tam iş günü (həftəarası 5 gün)
  • İş saatları: 09:00-18:00

Bu meyarlara uyğun namizədlər CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına “Satış meneceri” başlığı ilə göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

400 — 600 ₼
Parfümeriya üzrə satış təmsilçisi

AzeriMed LLC Parfümeriya üzrə satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

03.12.2025 - Bakı

Satış Meneceri

BMY Caspian MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

BMY Caspian MMC

03.12.2025 - Bakı