Qısa məzmun
BERC Group Böyük Satınalma Mütəxəssisi (dövlət) vəzifəsi üzrə vakansiya elan edir.
Partnyor qurumlarımızdan birinə “Böyük Satınalma Mütəxəssisi (dövlət)” vakansiyası üzrə işə qəbul elan edir.
Vəzifə öhdəlikləri:
- Dövlət satınalmaları haqqında qanunvericiliyə uyğun olaraq tenderlərin təşkili və keçirilməsi; n
- Açıqlıq və şəffaflıq prinsiplərinə əsaslanaraq satınalma prosedurlarının idarə olunması;
- Tender sənədlərinin (elan, dəvət, texniki şərtlər və müqavilə layihəsi) hazırlanması;
- Təchizatçılarla danışıqların aparılması və müqavilələrin bağlanması;
- Satınalma sənədlərinin arxivləşdirilməsi və Hesablama Palatasına hesabatların hazırlanması;
- Rüblük və illik satınalma planlarının hazırlanması və icrasına nəzarət;
- Daxili və xarici audit yoxlamaları üçün zəruri sənədlərin hazırlanması;
- Qanunvericilikdə baş verən dəyişikliklərin təqib olunması və tətbiqi.
Vəzifəyə dair tələblər və bacarıqlar:
- Ali təhsil (hüquq, iqtisadiyyat və ya idarəetmə sahəsində üstünlük verilir);
- Dövlət satınalmaları sahəsində minimum 3 il iş təcrübəsi;
- Dövlət Satınalmaları Qanunu və aidiyyəti normativ hüquqi aktlar üzrə biliklər;
- gov.az və e-procurement sistemlərindən istifadə təcrübəsi;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Analitik düşüncə və hesabat hazırlamaq bacarığı;
- Məsuliyyətli, detallara diqqətli və komandada işləmə bacarığı.
Üstünlük sayılacaq:
- Dövlət qurumlarında və ya iri büdcəli layihələrdə satınalma təcrübəsi
- Hesablama Palatası ilə işləmə və ya audit hesabatı hazırlama təcrübəsi
- Satınalma üzrə yerli və beynəlxalq təlimlərdə iştirak sertifikatları
Əmək haqqı: 2200 AZN + (müsahibə əsasında təyin ediləcək)
Qeyd olunan tələblərə uyğun gələn namizədlər 15.10.2025-ci il tarixinədək göstərilən müraciət linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
https://form.berc.az/crm_form_y2ndb/
Qeyd: İlkin göndərilmiş CV-lər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.
Şirkət haqqında
“BERC Group” MMC biznes tədqiqatlarının aparılması, bizneslərin qurulması və idarə edilməsi, eləcə də bu sahələrdə məsləhət xidmətlərinin göstərilməsi, biznes mühitində tələb olunan praktik bacarıqlara malik kadrların hazırlanmasında ixtisaslaşmış biznes xidmətləri ekosistem şirkətidir.
Veb sayt : www.berc.az
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, 44C
Əlaqə nömrəsi: +994 12 310 53 45, +994 10 310 53 45, +994 51 201 33 26